Məhkəmə qərarları › İş №3(021)-605/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-605/2024

06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-605/2024 06.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, X2 iştirakı ilə, 07 iyul 1996-cı il tarixdə Bərdə rayonu, Mollaəhmədli kəndində doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Bərdə rayonu, Mollaəhmədli kəndində yaşayan X4 tərəfindən onun barəsində tərtib edilmiş İXP ******* saylı, 16 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi haqqında şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X2 İXP ******* saylı, 16 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus FORD CARGO 2524 Yük markalı, **- BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 16 aprel 2024-cü il tarixdə istifadə etdiyi zaman onun barəsində İXM-nn 332.1-ci və 353.5-ci maddəsi ilə protokol tərtib edilmişdir. Qeyd olunmuş maddələrə görə isə ona cərimə yazılmışdır. Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 16 aprel 2024-cü il tarixli İXP-6183214 nömrəli protokolunun ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə X7 Şöbəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə X7 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştiraçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan verilən şikayəti icraata götürərək baxmaq hazırda mümkün deyildir. Belə ki, mübahisələndirilən qərarın təqdim edilməməsi, inzibati xətaya dair işə baxılmasının nəticəsində hansı qərarın qəbul edilməsinin məlum olmaması, qanuniliyinin yoxlanılmasının mümkün olmaması inzibati xəta haqqında iş üzrə şikayətin icraata götürülməsini rədd edən hallardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması məsələlər barəsində qərardad qəbul edilir. Odur ki, X2 özünün barəsində olan inzibati xəta haqqında protokoldan verdiyi şikayət icraata qəbul edilə bilməz. Çünki qanunvericilik protokolda şikayət vermək üçün əsasları müəyyən etməmişdir. X1 izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldıraraq qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X2 İXP ******* saylı 16 aprel 2024-cü il tarixli protokoldan verdiyi şikayət geri qaytarılsın. X3 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldıraraq qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar