Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-605/2025 03.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi, X2 iclas katibliyi, Zərərçəkmiş şəxs X17 və barəsində protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu, Yanşaq Ə/D Yanşaq kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Hüseynalılar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsində 22 avqust 2025-ci il tarixli MN №2276315 saylı inzibati xəta haqqında potokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Protokol Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X11 tərəfindən 22 avqust 2025-ci il tarixdə tərtib edilmişdir ona görə ki, xx.xx.2024-cü il tarixdə X12 ilə Şəxs arasında yaranmış mübahisə zamanı Şəxs X9 istifadəsində olan “Chevrolet Cruze” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək ona maddi ziyan vurmuşdur. Daxil olmuş məlumat əsasında araşdırma aparılmış 06 sentyabr 2024-cü il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Bərdə rayon X8 tərəfindən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli qərarla 06 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilmiş, material araşdırma aparılması üçün Bərdə rayon Polis Şöbəsinin İB-nə göndərilmişdir. Material üzrə yenidən araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmişdir. Bərdə rayon X8 tərəfindən qəbul edilmiş 06 mart 2025-ci il tarixli qərarla 04 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilmiş, material araşdırma aparılması üçün Bərdə rayon Polis Şöbəsinin İB-nə göndərilmişdir. Material üzrə yenidən araşdırma aparılaraq 10 mart 2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Bərdə rayon Məhkəmsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 25 avqust 2024-cü il tarixdə övladının doğulması münasibəti ilə tərəfindən təşkil edilmiş məclisdə Səid ilə Yadigar arasında mübahisə yaranmış, sonradan sakitləşmşilər. Həmin gün saat 01 radələrində həyətdə qurulmuş mağarın qarşısında olduqları vaxt Rüfət atası X9 istifadəsində olan “Chevrolet Cruze” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlara gəlmişdir. Rüfətlə aralarında mübahisə yaranmış, mübahisə zamanı içkili olduğundan Rüfətin gəldiyi X9 istifadəsində olan “Chevrolet Cruze” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa qapısını təpiklə vurmuşdur. Həmin vaxt orada olan X7 da “Chevrolet Cruze” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif hissələrini təpiklə vuraraq avtomobili əzmişdir. Zərərçəkmiş şəxs X17 məhkəmə iclasında izahat verərək göstərdi ki, X16 övladı üçün təşkil etdiyi məclsidə iştirak etmişlər. Məclisdə oğlu Rüfət oyandığı vaxt oğlunun musiqisi kəsilmiş, musiqi kəsildiyinə görə oğlu Rüfət əsəbləşmiş, məclisdə mübahisə olmamasın deyə oğlu Rüfəti və ailə üzvlərini götürərək evinə getmişdir. Məclis yekunlaşandan sonra oğlu Rüfət ilə Natiq arasında telefon danışığı olmuş, Rüfət ondan xəbərsiz olaraq onun avtomobili ilə Natiqin evinə getmiş, orada Natiq ilə Rüfət arasında mübahuisə olmuş, həmin vaxt Şəxs və X7 tərəfindən onun avtomobili əzilərək ona ziyan vurulmuşdur. Hazırda Natiq ilə aralarında razılıq vardır. X3 isə ona vurduğu ziyanı tələb edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 barəsində tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl üzrə təqdim edilmiş materiallar natamam olduğundan protokol onu tərtib etmiş оrqаnа, Bərdə rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. İnzibati iş materiallarına əlavə edilmiş: Bərdə rayon Polis şöbəsinin müstəntiqi, polis kapitanı X1 tərəfindən qəbul edilmiş 10 mart 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 26 sentyabr 2024-cü il tarixdə Bərdə rayonu Mustafağalı kəndində yaşayan X5 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək X4 ona məxsus olan “Chevrolet-Cruze” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomolbilə qəsdən maddi ziyan yetirməsi barədə məlumat vermişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 186 və 221-ci maddələrin ilə cinayət işinin başlanması rədd edilmişdir. 22 avqust 2025-ci il tarixli MN №2276315 saylı inzibati xəta haqqında potokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Hüseynalılar kəndində X13 məxsus olan “Chevrolet Cruze” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, inzibati xəta haqqında materiallarda X13 məxsus olan “Chevrolet Cruze” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulduğu bildirilsə də həmin ziyanın hesablanmasına dair müvafiq qiymətləndirici rəyi məhkəməyə tam təqdim edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, protokol düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Bərdə rayon polis şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş 22 avqust 2025-ci il tarixli MN №2276315 saylı protokol və ona əlavə olunmuş sənədlər Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-605/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-605/2025
03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver