Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-606/2024 14.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, X1 iştirakı ilə, 27 mart 1959-cu il tarixdə Bərdə rayonu, Xəsili kəndində doğulmuş, orta təhsilli,fərdi əməklə məşğul olan, evli, Bərdə rayonu, Hacallı kəndində yaşayan X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 09 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 09 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional şöbəsinin rəisi X4 tərəfindən tərtib olunmuş qərara əsasən o, “sahibkar tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X2 və X3 işə cəlb etməyə görə” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyinə dair 09 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla vəzifəli şəxs qismində 3.500 (üç min beş yüz) manat cərimə edilmişdir. Hesab edir ki, hazırki iş üzrə cavabdeh - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ regional şöbəsinin rəisi X4 tərəfindən tərtib edilmiş 09 iyun 2023-cü il tarixli, MN ******* saylı qərarı etibarsız, şöbənin vəzifəli şəxslərinin qanunsuz protokol tərtib etməklə fiziki şəxs qismində 3.500 manat cərimə edilməyi, bununla da hüquqları kobud şəkildə pozulması ilə nəticələnən hərəkətləri qanunsuz hesab edilməli və inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Sözügedən qərarda guya o, əmək qanunvericiliyini pozduğuna görə cərimə olunmuşdur. Ona hər hansı bir xəbərdarlıq məktubu göndərilməmişdir. İş üzrə bildirir ki, o kənddə yaşayır və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. 2023-cü ildə pambıq bitkisi əkmiş, il ərzində cəmi 3 dəfə pambıq bitkisi suvarlır. Adı çəkilən Mürşüd Cəfərov əkin sahəsini ayrı-ayrı vaxtlarda 2 dəfə suvarmışdır və ona günəmuzd qaydada hər dəfə 50 manat olmaqla, cəmi 100 manat vermiş. Digər şəxs Nazim Mustafayev isə ümumiyyətlə onunla hər-hansı bir işbirliyi olmamışdır. 2 dəfə pambıq sahəsini suvarmağa görə Mürşüd Cəfərovla əmək müqaviləsi bağlamadığı üçün cərimə olunmağı qanunsuz və əsassızdır. Bundan başqa bildirir ki, hazırki qərar ona rəsmi olaraq verilməmişdir. Yalnız xx.xx.2024-cü il tarixdə Bərdə Rayon İcra və Probasiya şöbəsindən bu barədə məlumatlandıqdan sonra xəbəri olmuşdur ki, cərimə olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 bildirdi ki, o pambıq əkmiş.Əkin sahəsini suladan zaman polis əməkdaşları əkin sahəsinin yanına gəlib suçu kimi fəaliyyət göstərən şəxsi polis şöbəsinə apardılar. Onuda dəvət etdilər. O polis şöbəsində olan zaman ona ağ kağıza imza çəkdirdilər. Onun heçnədən xəbəri yoxdur. Həmin protokol əsassız olduğundan onun ləğv edilməsini xahiş məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional şöbəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştiraçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə hazırda baxmaq mümkün deyildir. Belə ki, mübahisələndirilən qərarın təqdim edilməməsi, inzibati xətaya dair işə baxılmasının nəticəsində hansı qərarın qəbul edilməsinin məlum olmaması, qanuniliyinin yoxlanılmasının mümkün olmaması inzibati xəta haqqında iş üzrə şikayətin icraata götürülməsini rədd edən hallardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərar və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması məsələlər barəsində qərardad qəbul edilir. Odur ki, X6 barəsində olan inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxıla bilməz. Çünki qanunvericilik göstərilən qərardan şikayət verilməsi üçün 10 gün müddət müəyyən etmiş, X6 isə sözügedən qərarı xx.xx.2024-cü il tarixdə aldığını ərizəsində göstərsə də, şikayət verilməsi üçün müəyyən olunmuş 10 gün müddəti ötürmüşdür. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 MN ******* saylı, 09 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim:Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-606/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-606/2024
14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver