Məhkəmə qərarları › İş №3(021)-607/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-607/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-607/2022 26.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon мəhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bərdə şəhərində anadan olmuş, Bərdə rayonu, Cəyirli kəndində qeydiyyatda olub yaşayan Şəxs barəsində Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 26 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 26 aprel 2022-ci il tarixli inzibati xəta haqqında qərar tərtib edilmişdir ondan ötəri ki, o, 21.02.2022-ci il tarixdə Bərdə şəhəri, Vaqif küçəsində yerləşən X5 evinin həyətindən su motoru və hamam aksesuarlarını oğurlayaraq ona ziyan vurmuşdur. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddədə nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X4 bildirdi ki, Şəxs 21.02.2022-ci il tarixdə Bərdə şəhəri, Vaqif küçəsində yerləşən X5 evinin həyətindən su motoru və hamam aksesuarlarını oğurlayaraq ona ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs oğlunun barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs protokol barəsində əsasız tərtib edilmişdir, o X5 evinin həyətindən oğurluq etməmişdir. Protokolun təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinə geri qaytarılmalıdır. Belə ki, protokol tərtib edən orqan tərəfindən təqdim edilən material natamam formada toplanmış, protokol özü də qanunvericiliyin tələbləri baxımından düzgün tərtib edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. İşdən isə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 21.02.2022-ci il tarixdə Bərdə şəhəri, Vaqif küçəsində yerləşən X5 evinin həyətindən su motoru və hamam aksesuarlarını oğurlaması qeyd edilsə də, hazırki iş üzrə zərərçəkmiş şəxs tanınmamış, zərərçəkmiş şəxs qismində izahatı alınmamış, şahidlərin dairəsi müəyyən edilməmiş və eləcə də iş materiallarında konkret sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolonu tərtib etmiş orqana Bərdə rayon Polis X1ytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə rayon X7 Təhlükəsizlik Bölməsindən daxil olmuş Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiala əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinə geri qaytarılsın. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar