Məhkəmə qərarları › İş №3(021)-609/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-609/2022

11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-609/2022 11.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Bərdə rayonu Yol Patrul Xidmətinin inspektoru X1 tərəfindən tərtib olunmuş İXP ******* saylı 20.04.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan X2 verdiyi şikayətə baxaraq , məhkəmə MÜƏYYƏN ETDİ : X3 məhkəməyə şikayət verərək, Bərdə rayon X5 Patrul Xidmətinin inspektoru X1 tərəfindən tərtib edilmiş İXP ******* saylı 20.04.2022-ci il inzibati xəta haqqında protokolun ləğv edilməsini və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə şikayəti araşdıraraq belə nəticəyə gəlir ki, Bərdə rayonu Yol Patrul Xidmətinin inspektoru X1 tərəfindən tərtib olunmuş İXP ******* saylı 20.04.2022-ci il tarixli inzibati xəta haqqında protokodan X2 verdiyi şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə qeyd edir ki, İXM protokoldan şikayət verilməsini deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsini nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Bərdə rayonu Yol Patrul Xidmətinin inspektoru X1 tərəfindən tərtib olunmuş İXP ******* saylı 20.04.2022-ci il tarixli inzibati xəta haqqında protokolundan X2 verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutub, QƏRARA ALDİ: Bərdə rayonu Yol Patrul Xidmətinin inspektoru X1 tərəfindən tərtib olunmuş İXP ******* saylı 20.04.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan X2 verdiyi şikayət geri qaytarılsın . Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar