Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-609/2024 18.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X11 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X4, inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta törətmiş şəxsin müdafiəçisi X2 iştirakı ilə, xx xxxxxx 1999-cu ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Məşədiibişli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 may 2024-cü il tarixdə Bərdə Rayon Polis Şöbəsinə izahat verməyə gələrkən yüksək səslə ünvansız nalayiq ifadələr işlətməklə Bərdə Rayon Polis Şöbəsinin iş fəaliyyətini və ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, X12 oxuyur. Həmin liseydə oxuyan Yevlax rayon sakini Tərlan adlı qızla bir-birlərini sevmiş, lakin sonuncunun atası qızı ona verməyərək əlaqələrini kəsmək üçün qızını Peşə Liseyindən çıxarmışdır. Hazırda qızı başqa şəxslə nişanlamaq istəyir. Tərlana mesaj yazaraq onu başqasına versələr onu da, özünü də öldürəcəyini bildirmişdir. Tərlanın atasının şikayəti əsasında 17 may 2024-cü ildə Bərdə Rayon Polis Şöbəsinə izahat vermək üçün gəlmişdir. Polis şöbəsində səs-küy salmamış, polis əməkdaşlarına qarşı hörmətsizlik etməmiş, söyüş söyməmişdir. Tərlana bu cür mesaj yazıdığına görə əməlindən peşmandır. Göstərdiklərinin nəzərə alınmasını və ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X6 məhkəmə iclasında göstərdi ki, Yevlax rayon sakini X3 Bərdə Rayon Polis Şöbəsinə ünvanladığı ərizəsinə əsasən Şəxs 17 may 2024-cü il tarixdə Bərdə RPŞ-nə dəvət edilmiş, izahatı alınarkən heç bir əsaslı səbəb olmadan ucadan səs-küy salaraq, nalayiq ifadələr işlətməyə başlamışdır. Sonuncu Tərlanı sevdiyini, lakin atası Adilin qızı ona vermədiyini, başqa şəxsə nişanladığını bildirmişdir. Şəxs iş fəaliyyətini və ictimai qaydanı pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin İTB-nin polis nəfəri X7 göstərdi ki, Bərdə RPŞ-də olarkən xidməti otaqlardan birində səs-küy gəldiyini eşitmişdir. Yaxınlaşarkən səs-küy salan şəxsin Şəxs olduğunu görmüşdür. Sonuncunu sakitləşdirməyə çalışaraq intizama dəvət etsə də sakitləşməyərək öz hərəkətlərini davam etdirmişdir. Şəxs söyüş söydüyünü eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin İTB-nin polis nəfəri X5 göstərdi ki, Bərdə RPŞ-nin dəhlizində olarkən Şəxs nalayiq ifadələr işlətdiyini eşitmiş, sahə rəisi Tural Məmmədlini çağırmışdır ki, Şəxs sakitləşdirsin. Şəxs onu nə səbəbə polis şöbəsinə dəvət etdiklərini, günahının olmadığını bildirərək nalayiq ifadələr işlətmiş, lakin heç bir müqavimət göstərməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsaslıdır. Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadələri, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, o cümlədən protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi şəxsi yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan: “İnzibati qaydada tutma haqqında” 17 may 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü ildə saat 1600-da inzibati qaydada tutulmuşdur. İXM-nin 31.4-1-ci maddəsinə görə, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs 17 may 2024-cü ildə saat 1600-dan inzibati qaydada tutulduğundan onun barəsində təyin edilən cərimə növündə inzibati tənbeh İXM-nin 510cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş 100 (bir yüz) manat məbləğində cərimənin dörddə üçündən çox olmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 75 (yetmiş beş) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Şəxs məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-609/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-609/2024
18.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver