Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-61/2021 19.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, Bərdə RPŞ İTB-nin sahə rəisi X7, zərərçəkmiş şəxs X8 qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-ci il tarixdə, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis şöbəsində 19 yanvar 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 29.09.2020-ci il tarixdə X8 qızının plastik kartında 30 manat pul çıxararaq oğurlamışdır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə RPŞ İTB-nin polis sahə rəisi X7 izahat verərək bildirdi ki, Şəxs 29.09.2020-ci il tarixdə X8 qızının plastik kartında 30 manat pul çıxararaq oğurlamış, həmin məlumat əsasında yığılmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs X8 qızına dəymiş ziyanı ödədiyini bildirdi və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs X8 qızı ona dəymiş ziyanın ödənildiyini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barədə İXM-in 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon X6 Bölməsinin təhqiqatçısı, polis kapitanı X9 oğlu tərəfindən qəbul edilmiş 07 oktyabr 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ İTB-yə göndərilmişdir. Bərdə RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş 19.01.2021-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 29.09.2020-ci il tarixdə X8 qızının plastik kartında 30 manat pul çıxararaq oğurlamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bərdə rayon X6 Bölməsinin təhqiqatçısı, polis kapitanı X9 oğlu tərəfindən 07 oktyabr 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilərək Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ İTB-yə göndərilmişdir. Həmin qərarın qəbul olunmasından 3 ay 12 gün müddət keçdikdən sonra protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-in 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barsəində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-61/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-61/2021
19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver