Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-610/2022 29.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Ağdam rayonu, Ətyeməzli kəndində doğulmuş, orta təhsilli, işsiz, evli, Bərdə rayonu, 9 saylı Beton Zavodun binasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 29 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı 29 aprel 2022-ci il tarixli inzibati xəta haqqında qərar tərtib edilmişdir ondan ötəri ki, o, Ağdam Rayon Məhkəməsinin 2(013)-682/2020 saylı 24 aprel 2020-ci il tarixli icra sənədinə əsasən 1370 manat tələbkara borcu ödəməmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddədə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində 29 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 bildirdi ki, Şəxs Ağdam Rayon Məhkəməsinin 2(013)-682/2020 saylı 24 aprel 2020-ci il tarixli icra sənədinə əsasən 1370 manat tələbkara borcu ödəməmişdir. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs bildirdi ki, 1240 manat pul ödəyib, qalan borc qalığından xəbəri olmayıb. İcra və probasiya şöbəsinə dəvə olunduqda məlumatı olub. Nəzərə alınmasını xahiş etdi. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati protokol qanunamüvafiq qaydada tətritb edilmədiyindən və material (protokol və digər sənədlər) natamam olduğundan Bərdə rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş Bərdə rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-610/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-610/2022
29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver