Məhkəmə qərarları › İş №3(021)-610/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-610/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-610/2024 11.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X5 iclas katibliyi, Qərardan şikayət verən X1 və vəkili X2 iştirakları ilə, Bərdə rayon X10 Xidmətinin xx.xx.2022-ci il tarixli İXP №4893025 saylı protokolundan X3 tərəfindən verilmiş prosessual müddətin bərpasına dair vəsatətə və şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 müddətin bərpa olunmasına dair məhkəməyə ərizə verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Bərdə rayon X10 Xidmətinin xx.xx.2022-ci il tarixli İXP №4893025 saylı protokolundan şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qərarqəbul edilməsini xahiş etmişdir. X3 həmçinin məhkəməyə şikayət verərək, Bərdə rayon X10 Xidmətinin xx.xx.2022-ci il tarixli İXP №4893025 saylı protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.4-cü maddələrinə xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X3 şikayətini belə əsaslandırmışdır ki, Bərdə rayon X8 EQ ******* nömrəli protokolu ilə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.4-cü maddələri ilə nəzərdə 500 manat cərimə növründə tənbeh tətbiq edilmişdir. Qərar xx.xx.2022-ci il tarixdə elan edilmiş, saat 03:25-də qeydə alındığ göstərilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, Bərdə X8 xx.xx.2022-ci tarixli EQ ******* nömrəli protokolu qanunsuz və əsassı olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. X10 xidmətinin əməkdaşı iddia edir ki, o, YPX-nin xidməti avtomobilinə yol verməmiş və sərxoş olduğunu iddia edirlər. Elektron qərar ünvanına audio-video yollanmamışdır. O, Bərdə X8 əməkdaşlarından sərxoş olduğuna dair video-görüntülər tələb etsə də ona heç bir sübut taqdim edilməmişdir. Ona yazılan cərimə onun hüquqlarını pozur və heç bir əsası yoxdur. Məhkəmə iclasında qərardan şikayət verən X3 şikayətində göstərdiklərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərardan şikayət verən X1 vəkili X4 məhkəmədən qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Bərdə rayon X10 Xidməti işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, prosessual müddətin bərpa edilməsinə dair ərizəni, işdə olan materialları nəzərədən keçirib hesab edir ki, vəsatət təmin edilməməli, şikayət geri qaytarılmalıdır. Belə ki, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Bərdə rayon X10 Xidmətinin xx.xx.2022-ci il tarixli İXP №4893025 saylı protokolundan şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizəsinə heç bir sübut əlavə etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, protokoldan şikayət qanunvericiliklə nəzərdə tutulmamışdır. Odur ki, protokola baxış məhkəmə predmeti deyil. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə hesab edir ki, Bərdə rayon X10 Xidmətinin xx.xx.2022-ci il tarixli İXP №4893025 saylı protokolundan X1 verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutub, QƏRARAALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin Bərdə rayon X10 Xidmətinin xx.xx.2022-ci il tarixli İXP №4893025 nömrəli qərarından X3 tərəfindən verilmiş prosessual müddətin bərpasına dair vəsatət təmin edilməsin. Bərdə rayon X10 Xidmətinin xx.xx.2022-ci il tarixli İXP №4893025 saylı protokolundan X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar