Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-612/2024 20.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə rayon Yol Patrul Xidmətinin inspektoru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2ında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə Bərdə rayon Yol Patrul Xidmətinin inspektoru X3 tərəfindən 20 may 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş Bərdə rayonu YPX-nin inspektoru X3 bildirdi ki, xidmətdə olan zaman xx.xx.2024-cü ildə saat 08:00 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində Mercedes Benz 208D mikroavtobus sürücüsü avtomobili yol hərəkət istiqamətində saxladığı üçün ona saxla işarəsi verib avtomobili yolun kənarına çəkməsini bildirmişdir. Sürücüdən sənədləri tələb etmişlər, sənədləri yoxladıqda onun Şəxs olduğu və sənədlərini qaydasında olduğunu görmüşlər. Lakin sürücüdən kəskin şəkildə spirtli içkinin iyi gəldiiy üçün alkotestrlə yoxlamışlar və spirt promili yüksək olduğu üçün tibbi müayinəyə göndərmişlər. Tibbi müayinə zamanı sürücünün yüngül dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, sürücü bir müddət öncə İXM-nin 332.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya yol vermiş və həmin tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bil il ötmədən yenidən Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs bildirdi ki, o, mikroavtobusu idarə edərkən sərxoş vəziyətdə olmamış və spirtli içki qəbul etməmişdir. Polis əməkdaşları onu tibbi müayinəyə aparmışlar və həkim sərxoş olması barədə akt vermişdir. Polis əməkdaşlarından xahiş etmişdir ki, onu Mingəçevir şəhərində yerləşən ekspertiza mərkəzinə də aparsınlar. Lakin onun sözünə önəm verməmişdirlər. O, Yevlax rayon ekspertiza mərkəzinə getmiş, lakin ona polis əməkdaşlarının iştirakı ilə gəlmədiyi halda onu yoxlaya və rəy verə bilməyəcəklərini bildirmişdirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 333.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, inzibati işin materiallarda olan xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokolun surətindən görünür ki, Azərbaycan Respublikası İXM-nin 332.1 və 333.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaya görə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati işin materiallarda olan xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokolun surətindən görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaya görə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati işin materiallarda olan xx.xx.2024-cü il tarixli 664 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi akt”dan görünür ki, Şəxs saxlanılan zaman yüngül dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur Həmin Məcəllənin 333.1-ci madəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, məhkəmə iclasında verilmiş izahatlara və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 333.2-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddələrində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal onun eyni xətanı il ərzində təkrar törətməsidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bərdə rayon Polis şöbəsinin DYPB-nə göndərilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 43,112,114,115,117,128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Azərbaycan Respublikası Baş X6 İdarəsi və Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bərdə rayon Polis şöbəsinin DYPB-nə göndərilsin. Qərаrdan, qararın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-612/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-612/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver