Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-613/2025 29.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin MN1870768 saylı qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini tərəfindən barəsində tərtib edilmiş MN1870768 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta hqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(009)1807/2025 nömrəli qərardadına əsasən şikayət baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İş materiallarına əlavə edilmiş AA3730628 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1995-ci ildə anadan olmuşdur. İş materiallarında olan Şahid1 və Şahid2 ərizələrindən görünür ki, Şahid1 və Şahid2 X11nə ərizə yazaraq X10 tərəfindən əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarında olan 22 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 Sübhan Əhliman oğlunu 2024-cü ilin dekabr ayından 2025-ci ilin aprel ayınadək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb etmişdir. X8 Məclləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati iş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, X7 X6 Bakı şəhər İdarəsi tərəfindən törədilmiş inzibati xəta haqqında protokola baxılması xx.xx.2025-ci il tarixə saat 15:00-a təyin edilmişdir. Şahid1 məhkəməyə teleqram göndərərək X4 şikayət etmiş, həmin şikayəti əsassızdır. Şəxsi intiriqaya görə şikayət etmişdir. Hal-hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə izahat verən X2 mühəndis kimi mütxəlif beynəlxalq layihələrdə iştirak etdiyini, fəaliyyəti ərzində ölkə başçısı tərəfindən müxtəlif təltiflərlə təlftif edildiyini, 4-5 ay əvvəl dörd nəfər işçisinin məsuliyyətsizliyi nəticəsində apardığı inşaat işində qəza baş verdiyini nəticədə isə inşaat aparılan ərazini su basdığını və bu səbəbdən zərər dəymiş şirkətə öz vəsaiti hesabına vurulmuş zərəri kompensasiya etdiyini, sonradan həmin işçilərə yeni iş tapmaq üçün vaxt verdikdən sonra onlarla əmək müqaviləsinə xitam verdiyini, həmin işçilər təhvil-təslim zamanı qanunvericilikdə nəzərdə tutulmuş son haqqhesabdan dəfələrlə artıq məbləğdə pul tələb edərək, əks təqdirdə müvafiq dövlət orqanlarına şikayət edəcəklərini, bu cür şantaj üsulundan istifadə edərək yalnız dedikləri vəsaiti verildikdən sonra ondan əl çəkəcəklərini, hətta istədikləri nəticəni əldə edə bilmədiklərini gördükdən sonra polisə şikayət etdiklərini, polis tərəfindən isə onların biri barəsində inzibati tənbeh tədbiri tətbiq edildiyini, sahibkarlıq fəaliyyəti dövründə yüzdən çox işçisi olduğunu, həmin dörd nəfər şəxsdən hansının şikayət etdiyini, inzibati xəta üzrə icraat çərçivəsində aparılan araşdırmadan məlumatlı olmadığını, ona təqdim edilən qərarın nə əslində, nə də surətində mətnin oxunaqlı və aydın olmadığını, yalnız diqqətlə baxarkən 192 rəqəminin oxunduğunu bildirdi. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X9 barəsində əldə edilmiş məlumatlara əsasən İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair protokol tərtib edildiyi göstərilsə də, tərtib edilmiş protokol elektron olmamışdır. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsinə əsasən bu məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Şahid1 məhkəməyə teleqram ünvanlayaraq, X4 şikayət etdiyini, həmin şikayətin əsassız olduğunu, şəxsi intiriqaya görə şikayət etdiyini, hal-hazırda heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Eyni zamanda inzibati orqan inzibati xəta haqqında iş materiallarının dəfələrlə şifahi qaydada və həmçinin yazılı qaydada tələb edilməsinə baxmayaraq Xidmətin Bakı şəhər İdarəsi tərəfindən məhkəmənin müraciətinə etinasız yanaşılaraq materiallar natamam şəkildə təqdim edilmişdir. Təqdim edilmiş materiallarda isə şikayətçinin inzibati xəta üzrə icraat çərçivəsində iştirakını təsdiq edən sübutlar yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, inzibati orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İş materiallarına əlavə edilmiş MN1870768 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 hansı inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb edildiyi, inzibati orqan tərəfindən şəxsin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi üçün hansı halların müəyyən edildiyi görünmür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi, göstərilən ziddiyyətlər aydınlaşdırılmadan, ətraflı araşdırma aparılmadan X9 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin MN1870768 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARA ALDİ: X5 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin MN1870768 saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-613/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-613/2025
29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver