Məhkəmə qərarları › İş №3(021)-614/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-614/2022

30.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-614/2022 30.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X5 Tehqiqat Bölməsinin polis baş leytenantı X7 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil oğlunun iştirakları ilə, 31 avqust 1986-cı il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, Bərdə rayonu, 866 qəsəbədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 aprel 2022-ci il tarixdə Bərdə şəhəri Bakı küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X8 X11 Yol Polisi Xidmətinin inspektoru, polis baş serjantı Samir Mustafayev izahatında göstərdi ki, Şəxs 30 aprel 2022-ci il tarixdə saat 10:35 radələrində Bərdə şəhəri Bakı küçəsində Vaz 21074 markalı ** GC *** dülət qeydiyyat nişanlı avtomobilin arxa isıq sistemi nasaz olduğu üçün və qabaq yan şüşəyə görməni məhdudlaşdıran “plyonka” çəkdiyi üçün saxlanıldı. Yoxlama zamanı sürücü Şəxs etdiyi qanun pozuntusuna görə avtomobili duracağa yerləşdirilməyi bildirildi. Bu vaxt sürücü ictimai yerdə küçə söyüşləri söyərək onun qanuni tələblərinə tabe olmamışdır. Avtomobil duracağa yerləşdirilərkən o öz hərəkətlərini davam etdirmiş ictimai yerde polis nəfərlərini söymüşdür. Dəfələrlə qanuna dəvət edilsədə polisin qanuni tələblərinə tabe olmamışdır. Söz verir ki, bir daha ictimai qaydanı pozmayacaq. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid X9 oğlu izahatında göstərdi ki, Şəxs 30 aprel 2022-ci il tarixdə saat 10:35 radələrində Bərdə şəhəri Bakı küçəsində Vaz 21074 markalı ** GC *** dölət qeydiyyat nişanlı avtomobilin arxa isıq sistemi nasaz olduğu üçün və qabaq yan şüşəyə görməni məhdudlaşdıran “plyonka” çəkdiyi üçün saxlanıldı. Avtomobil duracağa yerləşdirilərkən o öz hərəkətlərini davam etdirmiş ictimai yerde polis nəfərlərini söymüşdür. Dəfələrlə qanuna dəvət edilsədə polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsin xahiş etdi. Məhkəmə iclasında şahid X4 izahatında göstərdi ki, Şəxs 30 aprel 2022-ci il tarixdə saat 10:35 radələrində Bərdə şəhəri Bakı küçəsində Vaz 21074 markalı ** GC *** dölət qeydiyyat nişanlı avtomobilin arxa isıq sistemi nasaz olduğu üçün və qabaq yan şüşəyə görməni məhdudlaşdıran “plyonka” çəkdiyi üçün saxlanıldı. Avtomobil duracağa yerləşdirilərkən o öz hərəkətlərini davam etdirmiş ictimai yerde polis nəfərlərini söymüşdür. Dəfələrlə qanuna dəvət edilsədə polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsin xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu verdiyi izahatında göstərdi ki, 30 aprel 2022-ci il tarixdə Bərdə şəhəri Bakı küçəsində ona məxsus Vaz 21074 markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman X12 əməkdaşları ona yaxınlaşaraq avtomobilinin sənədlərini təqdim etməyi isdədilər. Sonradan onu nə üçün saxladıqlarını soruşduqda, avtomobilin arxa isıq sistemi nasaz olduğu üçün və qabaq yan şüşəyə görməni məhdudlaşdıran “plyonka” çəkdiyi üçün saxlanıldığını dedilər. Maşını duracağa yerləşdirdilər. Məhkəmədən əməlindən peşman olduğunu nəzərə alaraq barəsində həbsnən bağlı olmayan cərimə təyin etməyi xahiş etdi. Məhkəmə iclasında Şəxs oğlunun müdafiəçisi Vəkil oğlu göstərdi ki, Şəxs oğlu polis əməkdaşlarını təhqir etmədiyi üçün və onlara müqavimət göstərmədiyinə görə, habelə əməlindən peşman olduğunu nəzərə alaraq məhkəmədən Şəxs oğlunun barəsində həbsnən bağlı olmayan cərimə təyin etməyi xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis baş leytenantı X7 oğlu tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin və şahidlərin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 30 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki Şəxs oğlu 30 aprel 2022-ci il tarixdə Bərdə şəhəri Bakı küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə həbs tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən Şəxs oğlunun törətmiş olduğu əməlindən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs oğluna inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRAR ALDİ Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs oğlu məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 30 aprel 2022-ci il tarixdən saat 10:45-dən hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar