Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-616/2025 29.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, tələbkar X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, müdafiəçi Bərdə Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1965-ci ildə Bərdə rayonu, Mollaəhmədli kəndində doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, dul, fərdi əməklə məşğul olan,orta təhsilli, Bərdə rayonu, Kolayır kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair, Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 28 avqust 2025-ci il tarixli MN №2090599 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 göstərdi ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına borclu Şəxs icra bildirişlərini almasına dair sübut və ya təsdiqedici sənəd əlavə etməmişdir.Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraat materiallarını tamamlamaq üçün əlavə müddət verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X6 borclu X2 icra sənədi üzrə heç bir sənəd əldə etdiyini göstərən sübutun və ya təsdiqedici sənədin olmamasına görə icra sənədi üzrə borclu Şəxs icra tələbini yerinə yetirməsi üçün əlavə vaxt verilməsini məhkəmədən xahiş etdi. Tərəflər inzibati xəta haqqında icraat materiallarının geri qaytarılmasını xahiş etdilər. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, protokol düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 28 avqust 2025-ci il tarixli MN №2090598 saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, Q Ə R A R A A L D İ: Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 28 avqust 2025-ci il tarixli MN №2090598 saylı protokol və ona əlavə olunmuş sənədlər Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-616/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-616/2025
29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver