Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-617/2024 23.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs X4, zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.2002-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağdam rayonu, Ağdam şəhəri, M.F.Axundov küçəsi, ev 7 ünvanında qeydiyyatda olan, Bərdə rayonu Divanlı kəndində yaşayan Şəxs (AA*******, FİN: xxxxxxx), Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində 23 may 2024-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuş, protokol ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl ona görə tərtib olunmuşdur ki, Şəxs 03 may 2024-cü il tarixdə Bərdə rayonu, Güloğlular kəndi ərazisində Təzə Bazarda 09 nömrəli “OBA” marketdən X6 məxsus 400 manatı ələ keçirmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə RPŞ-nin sahə rəisi, polis kapitanı X10 izahatında göstərdi ki, Şəxs Bərdə rayonu, Güloğlular kəndi ərazisində satıcı işlədiyi “OBA” marketdən 2024-cü ilin fevral ayından 2024-cü ilin aprel ayına kimi müştərilərə satdığı məhsulların müqabilində müştərilərdən aldığı müxtəlif məbləğlərdə pul olan cəmi 400 manat pulu marketin kassasına qoymayaraq masanın üzərində monitorun kənarına qoymuş və sonradan pulu oradan götürərək ələ keçirmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol iş materialları ilə birlikdə İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan tənbeh növlərindən birinin seçilməsi məsələsinə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, “OBA” marketdə satıcı-kassir işləyib. Kassadan 120 manat götürmüşdü, problem olmasın deyə zərərçəkmiş şəxsin dediyi 400 manat məbləğə razılaşmışdır, ancaq əslində marketə 120 manat borcu mövcuddur, hal-hazırda dəymiş ziyanı ödəyir. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X11 izahatında bildirdi ki, Bərdə rayonu, Güloğlular kəndi ərazisində “OBA” marketdə administrator vəzifəsində işləyir, Şəxs 2024-cü ilin fevral ayından aprel ayınadək marketdə satıcı-kassir vəzifəsində işləyərkən 400 manat malın əskik olduğunu aşkar etmiş və hesab etmişdir ki, Şəxs həmin məbləğdə malın pulunu kassaya vurmayaraq mənimsəmişdir. Daha sonra zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə verərək, Şəxs qarşılıqlı razılıq əsasında 120 manatı qəbul etdiyini, qalan hissənin isə hissə-hissə ödənilməsinə razı olduğunu bildirərək qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesаb edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs – xx.xx.2002-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. (AA*******, FİN: xxxxxxx). İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs – xx.xx.2002-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 – xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bərdə RPŞ-nin sahə rəisi, polis kapitanı X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, X5 inzibati xəta haqqında iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarında olan Bərdə RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X10 tərəfindən tərtib edilmiş 13 may 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlaması və inzibati araşdırmanın aparılması haqqında qərardaddan görünür ki, xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Türkmən kəndində yaşayan X6 məxsus 400 manat pulun Şəxs tərəfindən ələ keçirilməsi faktına görə İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması və inzibati araşdırmanın aparılması qərara alınmışdır. Bərdə rayon X9 Bölməsinin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən qəbul edilmiş 11 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, təsviri hissədə göstərilənlərə əsasən X7 müraciəti əsasında toplanmış HK-1/1756 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə RPŞ-nin X1 göndərilməsi, qəbul edilmiş qərarın surətinin X6 və rayon prokuroruna göndərilməklə, ona qəbul edilmiş qərardan Azərbaycan Respublikası CPM-in 212-ci maddəsinə əsasən rayon prokuroruna, yuxarı prokurora və rayon məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi, qəbul edilmiş qərarın surətinin məlumat üçün Bərdə rayon prokuroruna göndərilməsi, toplanmış materialın saxlanması üçün Bərdə RPŞ-nin arxivinə verilməsi qərara alınmışdır. Bərdə rayon Polis Şöbəsinin polis sahə rəisi polis kapitanı X10 tərəfindən tərtib edilmiş 23 may 2024-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında prоtоkоldan görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs 03 may 2024-cü il tarixdə Bərdə rayonu, Güloğlular kəndi ərazisində Təzə Bazarda 09 nömrəli “OBA” marketdən X6 məxsus 400 manatı ələ keçirmişdir. Bununla da həmin şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 03 may 2024-cü il tarixdə, Şəxs Bərdə rayonu, Güloğlular kəndində Təzə Bazarda yerləşən 09 nömrəli “OBA” marketdən X6 məxsus pul vəsaitini ələ keçirməklə xırda talama etmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarında qeyd olunur ki, şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkəninin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması şəxsin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olması hesab edilməməlidir. İXM-in 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Eyni zamanda həmin maddədə qeyd edilir ki, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkibinin olması sübuta yetirilir. Lakin, ziyanın məbləğinin 400 manat olması ilə bağlı iş materiallarında heç bir mötəbər sübuta rast gəlinmir, təhqiqat orqanı isə ziyanın məbləği ilə bağlı mötəbər və təkzibolunmaz sübutlar (audit aktı, ekspertiza və mütəxəssis rəyi və s.) toplaya bilməmiş, yalnız iş üzrə zərərçəkmiş şəxs X5 izahatına əsaslanmaqla Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkibi olması qənaətinə gəlmişdir. Məhkəmə onu da qeyd edir ki, təhqiqatçının qəbul etdiyi 11 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da Şəxs tərəfindən 09 nömrəli “OBA” marketdən 400 manat və ya hər hansı bir məbləğdə pul götürülüb-götürülməməsinin müəyyən edilməsi barədə əməliyyat tapşırığının verilməsi, lakin bu tapşırığa hər hansı cavab verilməməsi müəyyən edilmişdir. Başlanmış inzibati xəta haqqında iş üzrə icraatda isə Şəxs 120 manat pul mənimsəyərək xırda talamaya yol verdiyini etiraf etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs X5 Şəxs 400 manat pul götürməsi (mənimsəməsi) ilə bağlı qeyd etdikləri heç bir digər sübutlarla təsdiq edilmədiyindən məhkəmə iş üzrə Şəxs 120 manat pul vəsaitini talaması ilə bağlı etirafını daha inandırıcı və ağlabatan hesab edir. Belə olan halda məhkəmə tərəfindən dəymiş ziyanın məbləği 120 manat miqdarında müəyyən edilir. Həmin məbləğ isə inzibati xəta törədən şəxs Şəxs tərəfindən ödənildiyindən və tərəflər razılaşdığından məhkəmə hesab edir ki, vurulmuş ziyanın ödənilməsi və zərərçəkmiş şəxslə razılıq əldə edilməsi əsası ilə iş üzrə icraata xitam verilməlidir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İXM-in 53.1.10-cu maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyindən və onunla razılaşdığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-617/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-617/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver