Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-617/2025 29.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, İcra sənədi üzrə tələbkar X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bərdə rayonu Kolayır kəndində anadan olmuş, evli, orta təhsilli, işsiz, Bərdə rayonu Kolayır kəndində qeydiyyatda olmaqla yaşayan barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 3530 manat borcu yaranmışdır. Borclu Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmamış, borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1551/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Şəxs X5 vərəsəsi kimi tanınmış, Bərdə Rayon Məhkəməsinin 8(021)- 16/2025 saylı 10 yanvar 2025-ci il tarixli qərardadı ilə icra sənədi yenidən icraya yönəldilmişdir. Borcluya əvvəllər dəfələrlə xəbərdarlıq edilsə də icra sənədini icra etməmişdir. Barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, borcu ödəməkdən yayınmır. İmkanı olmadığından borcu yaranmışdır. Maddi vəziyyətini nəzərə alaraq məhkəmədən inzibati icraata xitam verilməsini xahiş etdi. İcra sənədi üzrə tələbkar X2 borcluya vaxt verilməsini, hal-hazırda inzibati məsuliyyətə cəlb olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun, icra sənədi üzrə tələbkar Kamandar Balayevin izahatlarını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, inzibati protokol İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əsasən tələbin könüllü icrası haqqında bildirişin borcluya çatdırılması və ya çatdırılmaması halı müəyyən olunmur. Sözügedən natamamlığın aradan qaldırılması məqsədilə növbəti günə məhkəmə iclasa təxirə salınsa da, protokol tərtib etmiş səlahiyyətli icra məmuru tərəfindən aradan qaldırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Bərdə rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-617/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-617/2025
29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver