Məhkəmə qərarları › İş №3(021)-619/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-619/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-619/2024 11.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Qarayeva Pərvanə Əhməd qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş 21 may 2024-cü il tarixli TP ******* nömrəli qərarından və Vİ Tağım Baş YPX inspektoru polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X11 şikayət ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bakı-Qazax yolu 47.5 km, Vİ Tağım Baş yol patrul xidməti inspektoru polis baş leytenantı X4 tərəfindən barəsində İnzibati xəta haqqında tərtib edilmiş xx.xx.2024-ci il tarixli İXP № ******* saylı protokolun və DİN BDYPİ polis polkovniki X8 xx.xx.2024-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərindən topdan satış fakturası ilə yük götürmüşdür ki, onu Goranboy rayonuna aparsın. Yük yığılanda kamera qarşısında yığılıb və çəkilərək 13.851.00 kq olmuşdur. Yükün adı və siyahısı da fakturada var. Bütün buna baxmayaraq Bakı-Qazax yolu 47.5 km, Vİ tağım Baş yol patrul xidməti inspektoru polis baş leytenantı X4 tərəfindən ona İnzibati xəta haqqında xx.xx.2024-ci il tarixli İXP № ******* saylı protokol və DİN BDYPİ polis polkovniki X14 tərəfindən xx.xx.2024-ci il tarixli TP № ******* saylı qərar yazılaraq İXM-nin 353.2-ci maddəsilə barəsində tərəfindən inzibati xəta törədilməsi ilə əlaqədar 600 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Onun barəsində tərtib edilən protokol və qərarla razı deyil. Protokol və qərar əsaslı yazılmayıb. Bakı-Qazax yolu 47.5 km, Vİ tağım Baş yol patrul xidməti inspektoru polis baş leytenantı X4 tərəfindən onun barəsində tərtib edilən İnzibati xəta haqqında xx.xx.2024-ci il tarixli İXP № ******* saylı protokol və DİN BDYPİ-nin polis polkovniki X14 tərəfindən tərtib edilən xx.xx.2024-ci il tarixli TPN ******* saylı qərar əsassızdır. Belə ki, onun avtomobilində 13851.00 kq yük olduğu halda yükü artıq çəkərək əsassız protokol və qərar tərtib etmişdilər. Sözügedən Qaradağ rayon postunun Vİ Tağımında olan qapan tərəzi düz çəkmir və texniki baxışı yoxdur və tərəzinin çəkdiyi çəki barədə ona heç bir çek verilməmişdir. Hesab edir ki, haqqında tərtib edilmiş inzibati protokol və qərar ləğv edilməlidir. Bütün bunlar onu deməyə əsas verir ki, bəhs edilən protokol və qərar qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla tərtib edilməmiş, daha çox qərəzlilik xarakteri daşıyır. Ona görə də həmin protokol və qərarın ləğv edilməsinin zərurəti yaranmışdır. Məhkəmə iclasında şikayətçi X11 şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətinin təmin olunmasını və barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş 21 may 2024-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinə işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş AZE № 13204960 saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1978-ci ildə Bərdə rayon Nəcəfqulubəyli kəndində anadan olmuşdur. Bərdə rayon Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan AD №650398 nömrəli Nəqliyyt vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Kamaz 53212 yük markalı 09BF669 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X7r. Nəqliyyat vasitəsinin yüksüz kütləsi 8000 kq, icazə verilmiş maksimal kütləsi 18225 kq-dır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli O106-1334 nömrəli X6 görünür ki, yükün ümumi çəkisi 13851.00 kq qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsi Yol Patrul Xidmət Alayı tərəfindən verilmiş **********425 nömrəli Qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:54-də Kamaz yük markalı 09BF669 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 26120 kq olmuşdur. İş materiallarında olan Vİ Tağım Baş YPX inspektoru polis baş leytenantı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli Protokoldan görünür ki, Bakı- Qazax yolunun 47.5 km-də xx.xx.2024-cü il tarixdə saat 12:09-də Kamaz 53212 yük markalı 09BF669 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X11 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X11 xx.xx.2024-cü il tarixdə saat 12:09-da Bakı-Qazax yolu 47.5 km-də Kamaz 53212 yük markalı 09BF669 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi tətbiq edilərək 600 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsi Yol Patrul Xidmət Alayının 6-cı tağımının istifadəsinə verilmiş Avtomobil tərəzisinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan X3 Hüquqi Şəxs tərəfindən verilmiş Ölçmə vasitələrinin yoxlanılması haqqında ÖVY №141097 nömrəli Şəhadətnamənin surətindən görünür ki, həmin elektron tərəzi xx.xx.2024-cü il tarixdə yoxlamadan keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə -fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, hazırkı material üzrə protokol tərtib olunarkən və qərar qəbul olunarkən mahiyyəti pozulmamışdır, yəni inzibati xətanın törədildiyi aydın olur. Belə ki, AD №650398 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Kamaz 53212 yük markalı 09BF669 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüksüz kütləsi 8000 kq, icazə verilmiş maksimal kütləsi 18225 kq-dır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsi Yol Patrul Xidmət Alayı tərəfindən verilmiş **********425 nömrəli Qəbzdən isə müəyyən olunur ki, yoxlama zamanı yəni, xx.xx.2024-cü il tarixdə saat 11:54-də Kamaz yük markalı 09BF669 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 26120 kq olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, qərardan şikayət verən şəxs X11 şikayətini onunla əsaslandırmışdir ki, onun nəqliyyat vasitəsində yük 13851.00 kq olmuşdur və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsi Yol Patrul Xidmət Alayının 6-cı tağımının tərəzininin texniki baxışı olmamış və yükü düz çəkməmişdir. Məhkəmə tərəfindən bu halların aydınlaşdırması üçün sorğular verilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsi Yol Patrul Xidmət Alayının 6-cı tağımının istifadəsinə verilmiş Avtomobil tərəzisinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan X3 Hüquqi Şəxs tərəfindən verilmiş Ölçmə vasitələrinin yoxlanılması haqqında ÖVY №141097 nömrəli Şəhadətnaməsi alınmış və müəyyən olunmuşdur ki, həmin elektron tərəzi xx.xx.2024-cü il tarixdə yoxlamadan keçmiş və növbəti yoxlama tarixi xx.xx.2025-ci il müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qərardan şikayət verən şəxs X11 tərəfindən məhkəməyə X13 təqdim olunmuşdur ki, həmin fakturanın hansı nəqliyyat vasitəsinə yükün yığılması müəyyən olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi qaydası”nın 2 nömrəli cədvəlinə əsasən üç oxlu nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi 25 tondur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmə X5 Vİ Tağım Baş YPX inspektoru polis baş leytenantı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli Protokoldan verilmiş şikayətinə münasibətdə qeyd edir ki, protokoldan şikayət qanunvericiliklə nəzərdə tutulmamışdır. Odur ki, protokola baxış məhkəmə predmeti deyil. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X5 əməlində İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi işdə olan material ilə sübut olunur. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARAALDİ: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin X11 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı qanuni heab edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar