Məhkəmə qərarları › İş №3(021)-62/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-62/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-62/2021 02.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, X1 iştirakları ilə, DİN DYPİ Yol Patrul Xidməti inspektoru, polis serjantı X6 tərəfindən 14.01.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 oğlunun vermiş olduğu şikayətə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: X5 oğlu ərizə verərək, DİN DYPB-nin 02.01.2021-ci il tarixli, İXP ******* nömrəli protokolunun ləğv edilməsini məhkəmə nəzarəti qaydasında ləğv edilməsini xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandırmışdır ki, 02.01.2021-ci il tarixdə saat 11:22 radələrində X9 yolunun 17 km- istiqamətində 20BG407 dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı minik avtomobili ilə hərəkətdə etdiyi zaman Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Patrul Xidmətinin inspektoru polis serjantı X7 onun saxladaraq, onun təhlükəsizlik kəmərini taxmağıdını bildirərək ona Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi əsasında 02.01.2021-ci il tarixli İXP ******* nöömrəli inzibati xəta haqqında protokol tərtib edərək cərimə yazmışdır. Lakin o, nəqliyat vasitəsini idarə edərkən üzərində təhlükəsizlik kəməri olmuşdur. Hesab edirki, barəsində tərtib olunmuş protokol əsassızdır. Daha sonra X5 oğlu ərizəsinə dəqiqləşdirmə verərək, 14.01.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın məhkəmə nəzarəti qaydasında ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 oğlu ərizəsinə uyğun izahat verərək, qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə, X2 dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri, həmçinin işdə olan materialı tam və hərtərəfli araşdıraraq hesab edir ki, X5 oğlu tərəfindən verilmiş şikayət təmin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CPM-in 442.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara, həmçinin cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. İnzibati Xətalar Məcəlləsinin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.0.10. bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.0.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. Bakı şəhəri DYPİ Yol Patrul Xidmətinin 14.01.2021-ci il tarixli TP ******* saylı qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 329.1- ci maddəsində nəzrədə tutulmuş inzibati xətanı törətdiyinə görə X5 oğlu barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Lakin həmin qərar barədə X5 oğluna lazımi qaydada məlumat verilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri DYPİ Yol Patrul Xidmətinin 14.01.2021- ci il tarixli TP ******* saylı qərarı ləğv edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İXM -nin 53- cü maddəsini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ : X5 oğlunun şikayəti təmin edilsin. DİN DYPİ Yol Patrul Xidməti inspektoru, polis serjantı X6 X5 oğlunun barəsində 14.01.2021- ci il tarixli TP ******* saylı qərarı qərarı ləğv edilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar