Məhkəmə qərarları › İş №3(021)-62/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-62/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-62/2025 18.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X18 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, şikayətçi X6, müdafiəçisi (nümayəndəsi) X7, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin (bundan sonra X14 Xidməti) nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qarabağ Regional Şöbəsinin inzibati tənbeh vermə haqqında 21 yanvar 2025-ci il tarixli MN ******* nömrəli qərarından X6 (bundan sonra şikayətçi və Şahin Aslanov) verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qarabağ Regional Şöbəsinin 21 yanvar 2025-ci il tarixli MN ******* nömrəli qərarına əsasən X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şahin Aslanov məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qarabağ Regional Şöbəsinin barəsində çıxardığı 21 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şahin Aslanov şikayətini onunla əsaslandırmışdır ki, Bərdə rayonu ərazisində ona məxsus olan çörək sexi var. Həmin sexdə işləyən işçilərlə qanunun tələbinə uyğun olaraq əmək müqaviləsi bağlanmışdır. 29 dekabr 2024-cü il tarixdə ona məxsus sexdə əlavə olaraq iki nəfər günəmuzd şəkildə təmizlik işləri görərkən əməkdaşlar ora gələrək barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə inzibati protokol tərtib etmişlər. Hesab edir ki, barəsində tərtib edilmiş qərar ədalətsiz və qeyri-obyektivdir. Belə ki, sexə gəlmiş əməkdaşlar da görmüşlər ki, həmin təmizlik işləri aparan şəxs 2 gün müddətinə günəmuzd olmaqla işləmiş və təqaüdçüdür. Orada işləyən işçilərin əmək haqqını zorla ödəyir. Bu cəriməni ödəmək imkanı yoxdur. Cərimə onun sahubkarlıq fəaliyyətini həyata keçirməyə imkan verməyəcək. Həmin sexi bağlanmaq məcburiyyətindədir. Ona görə də barəsində tərtib edilmiş 21 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında şikayətçi Şahin Aslanov şikayətdə göstərdiklərini bir daha təsdiq edərək X14 Xidməti Qarabağ Regional Şöbəsinin tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə qəbul edilmiş 21 yanvar 2025-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi və barəsində İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şikayətçinin nümayəndəsi (müdafiəçisi) X15 şikayətçi Şahin Aslanovun göstərdiklərinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, X5 çörək sexinə işçi kimi deyil, sınaq müddətinə götürülmüşdür. Niyyət o olmuşdur ki, əgər şəxs özünü doğruldarsa gələcəkdə işçi kimi işə qəbul edilər. Odur ki, X14 Xidməti Qarabağ Regional Şöbəsinin 21 yanvar 2025-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X8 göstərdi ki, Bərdə Rayon Prokurorluğunda xx.xx.2024-cü il tarixdə Şahin Aslanov barəsində inzibati xəta haqqında icraatın başlanılmasına dair qərar qəbul edilmişdir. Araşdırma aparılarkən Şahin Aslanov və Ramidə Mustafayeva dəvət edilərək izahatları alınmışdır. Həmin vaxt Şahin Aslanov müstəntiqin sualına cavab olaraq bildirmişdir ki, 2024-cü ilin iyul ayından X5 1 ay müddətinə Bərdə rayonu Güloğlular kəndində fəaliiyət göstərən çörək sexinə kürəkçi olaraq işə cəlb edilmiş, lakin onunla əmək müqaviləsi bağlanılmamışdır. Çünki ona sınaq müddəti təyin edilmişdir. Buna səbəb işə girən işçilərin işdən tez çıxmaları olmuşdur. İşçi sınaq müddətindən keçdikdən sonra onunla əmək müqaviləsi bağlayacaqdı. Qanunvericiliyin tələbinə uyğun olaraq X20 Mustafayeva ilə əmək müqaviləsi bağlaya bilərdi. Ola bilərdi ki, Ramidə Mustafayeva orada işlədiyi müddətdə hansına hadisə baş verə bilərdi. Bu cür neqativ halların qarşısının alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qarabağ Regional Şöbəsinin əməkdaşları tərəfindən qərar qəbul edilərək Şahin Aslanovu 3000 manat məbləğində cərimə etmişlər. Qəbul edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun qaydada qəbul edildiyindən şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bərdə Rayon Prokuroru, ədliyyə müşaviri Rəşad İsgəndərovun “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli 24-1-2-2-408-1792- 1 qeydiyyat nömrəli qərarından görünür ki, vəzifəli şəxs-hüquqi şəxs yaratmadan Bərdə rayonu Güloğlular kəndində yerləşən çörək sexində sahibkarlıq fəaliyyəti ilə məşğul olan X12 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, qərarın və toplanılmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi qərara alınmışdır. X3 Rayon Prokurorluğunda verdiyi 25 noyabr 2024-cü il tarixli izahatında verilən suallara cavab olaraq göstərmişdir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə çörək sexində yoxlama keçirən zaman pozuntular barədə ona məlumat verilmiş, yoxlama aktı ilə tanış olmuş, aktda qeyd edilən pozuntuları mümkün qədər aradan qaldırmışdır. 2024-cü ilin iyul ayından X5 1 ay müddətində Bərdə rayonu Güloğlular kəndində fəaliyyət göstərən çörək sexində kürəkçi olaraq işə cəlb edilmiş, lakin əmək müqaviləsi bağlanmamışdır. Çünki ona sınaq müddəti təyin edilmişdir. İşə gələn işçilər işdən tez çıxır, ona görə sınaq müddətindən keçdikdən sonra əmək müqaviləsi bağlayacaqdı. X1 Rayon Prokurorluğuna verdiyi 14 oktyabr 2024-cü il tarixli izahatında göstərmişdir ki, 10 il Şahin və Mübarizin işlətdiyi Bərdə rayonu Güloğlular kəndində yerləşən çörək sexində işləmişdir. İki gündən bir işə getmiş və 225 manat əmək haqqı almışdır. əmək haqqı ona nəğd şəkildə verilmişdir. İşlədiyi müddətdə onunla heç bir əmək müqaviləsi bağlanılmamışdır. Çörək sexində sonuncu işi çörək sexində pərakəndə çörək satışı etmək olmuşdur. Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, X12 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış və adına ********** nömrəli VÖEN verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qarabağ Regional Şöbəsinin “İnzibati tənbeh vermə haqqında” 21 yanvar 2025-ci il tarixli MN ******* nömrəli qərarından görünür ki, X12 Azərbaycan Respublikasının İXMnin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X14 Xidməti Qarabağ Regional Şöbəsinin “İnzibati tənbeh vermə haqqında” 21 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli qərarı qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmişdir. X22 Bərdə rayonu Güloğlular kəndi ərazisində yerləşən çörək sexində əmək müqaviləsi bağlamadan X2 işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Şahin Aslanov şikayətində Ramidə Mustafayevanı 2 gün müddətinə günamuzd işə cəlb etdiyini, bu səbəbdən də onunla əmək müqaviləsi bağlamadığını qeyd etsə də, Bərdə Rayon Prokurorluğunda verdiyi 25 noyabr 2024-cü il tarixli izahatında göstərmişdir ki, 2024-cü ilin iyul ayından X5 1 ay müddətində Bərdə rayonu Güloğlular kəndində fəaliyyət göstərən çörək sexində kürəkçi olaraq işə cəlb edilmiş, lakin onunla əmək müqaviləsi bağlanmamışdır. X10 Bərdə Rayon Prokurorluğunda verdiyi izahatında 10 il şikayətçiyə məxsus çörək sexində müxtəlif işlərdə işlədiyini, sonuncu dəfə isə çörək sexində pərakəndə çörək satışı ilə məşğul olduğunu göstərmişdir. İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, Şahin Aslanovun hərəkətlərində Azərbaycan Respublikasının İXMnin 192.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikasının İXM-nin 135-ci maddəsində nəzərdə tutulmuş hallardan heç biri mövcud deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, X14 Xidməti Qarabağ Regional X11 barəsində tərtib etdiyi 21 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi üçün əsaslar olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-137-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə r a r a a l d ı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qarabağ Regional Şöbəsinin inzibati xəta haqqında 21 yanvar 2025-ci il tarixli MN ******* nömrəli qərarından X6 verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar