Məhkəmə qərarları › İş №3(021)-624/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-624/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-624/2025 17.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.2.3-cü maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 452.1 və 452.2.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik ekspertiza mərkəzinin müfəttişi X3 tərəfindən 19 avqust 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X7 bildirdi ki, protokolla razı deyillər. Belə ki, ünvan 1i ünvanda yerləşən Şəxsnə məxsus aptekdə satıcı vəzifəsinə X9, əczaçı vəzifəsinə isə X8 təhkim olunmuşdur. X9 və X8 ilə əmək müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik ekspertiza mərkəzinin müfəttişlərinin 18 avqust 2025-ci il tarixdə pərakəndə satış əczaçılıq müəssisələrinin növbədənkənar yoxlanılması zamanı ünvan 1i ünvanda yerləşən Şəxsnə məxsus aptekdə əczaçı üzürlü səbəblərdən olmamışdır. Aptekdə fiziki şəxs satıcı X9 olmuş və o, reseptlə buraxılan dərman vasitələrinin reseptsiz satışını həyata keçirmişdir. Hesab edir ki, ünvan 1i ünvanda yerləşən Şəxsnə məxsus aptekə əczaçı təkim olunduğundan, Şəxs İXM-nin 452.2.3-cü maddəsində nəzrədə tutulmuş inzibati xətaya yol verməmişdir. Odur ki, Şəxs barəsində İXM-nin 452.2.3-cü maddəsi ilə tərtib edilmiş protokol üzrə icraata xitam verilməli, aptekdə reseptsiz dərman satışını fiziki şəxs X9 həyata keçirdiyindən İXM-nin 452.1-ci maddəsi ilə tərtib edilmiş protokola hüquqi qiymət verilməsi səlahiyyətli orqan olan Səhiyyə Nazirliyinin səlahiyyətinə aiddir olduğundan baxılması aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində İXM-in 452.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməli, İXM-nin 452.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxılması səlahiyyətli orqan olan Səhiyyə Nazirliyinə gödərilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA6586216 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.2003-cü ildə doğulmuşdur. xx.xx.2025-ci il tarixli 357/25 Ü nömrəli İşçinin vəzifə öhdəliklərinin genişləndirilməsi barədə əmrdən görünür ki, X4 xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən ünvan 2 ünvanda yerləşən 1028(7367) nömrəli aptekdə əczaçı vəzifəsində çalışan işçi X8 əlavə olaraq Şəxs ünvan 1i ünvanda yerləşən 1213(7501) nömrəli aptekinə təkim olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron çıxarışından görünür ki, X8 Şəxs tərəfindən işə götürülmüş və onlar arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2026-cı il tarixdir. İşçinin aylıq əmək haqqı məbləği 400 manatdır. 268357 qeydiyyat nömrəli Azərbaycan Respublikası Bakalavr Diplomunun surətindən görünür ki, Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2024-cü il tarixli əmri ilə X5 əczaçılıq ixtisası üzrə X17-İxtisas Dərəcəsi verilmişdir. AA1022818 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2002ci ildə doğulmuşdur. xx.xx.2025-ci il tarixli 0890/25 K nömrəli İşə qəbul barədə əmrdən görünür ki, X9 xx.xx.2025-ci il tarixdən etibarədən Şəxsndə tam iş vaxtı ilə “Satıcı” vəzifəsinə işə qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron çıxarışından görünür ki, X9 Şəxs tərəfindən işə götürülmüş və onlar arasında xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi bağlanmış, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2026-cı il tarixdir. İşçinin aylıq əmək haqqı məbləği 400 manatdır. 156 nömrəli Azərbaycan Respublikası Diplom Fərqlənmənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə “Ziya-E” X16 daxil olmuş və xx.xx.2025-ci ildə Əczaçı ixtisası üzrə 12 aylıq tam kursu bitirmişdir. Məhkəmə iclasında tərəflərin izahatları, tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs İnsan Resursları üzrə direktor müavini Sara Cavlalovanın xx.xx.2025-ci il tarixli 357/25 Ü nömrəli İşçinin vəzifə öhdəliklərinin genişləndirilməsi barədə əmr ilə ünvan 2 ünvanda yerləşən 1028(7367) nömrəli aptekdə əczaçı vəzifəsində çalışan işçi X8 əlavə olaraq Şəxs ünvan 1i ünvanda yerləşən 1213(7501) nömrəli aptekinə təkim olunmuşdur. Bununlada məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 452.3-cü maddəsinin tələbləri pozulmamış və barəsində İXMin 452.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik ekspertiza mərkəzinin müfəttişlərinin 18 avqust 2025-ci il tarixdə pərakəndə satış əczaçılıq müəssisələrinin növbədənkənar yoxlanılması zamanı ünvan 1i ünvanda yerləşən Şəxsnə məxsus aptekdə fiziki şəxs satıcı X6 reseptlə buraxılan dərman vasitələrinin reseptsiz satışını həyata keçirməsi halına yol verdiyi üçün, onun törətiyi əmələ hüquqi qiymət verilməsi səlahiyyətli orqan olan Səhiyyə Nazirliyinin səlahiyyətinə aid olduğundan Şəxsn barəsində İXM-nin 452.1-ci maddəsi ilə tərtib edilmiş protokola hüquqi qiymət verilməsi üçün inzibati material Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli Əlavədə Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları (X12) maddə 5. Aptek təşkilatlarının heyətinə olan tələblər: 5.1. Aptekin rəbəri tərəfindən əmrlə təyin olunan maddi-məsul şəxs ali və orta əczaçılıq təhsili olan mütəxəssislər olmalıdır. 5.2. Aptekdə işləyən əczaçılar “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikasiyadan keçməli və ixtisasartırma və kadrların hazırlığı müəssisələrində müəyyən proqram üzrə təhsil almalıdırlar. 5.3. Aptekin əməkdaşları öz fəaliyyətlərində əczaçılıq sahəsində qüvvədə olan normativ sənədləri, daxili əmək qaydalarını və bu tələbləri rəhbər tutmalıdırlar. 5.4. Aptekdə çalışan provizor və əczaçılar xəstəliyin profilaktikası, sağlamlığın möhkəmləndirilməsi məqsədilə müraciət edənlərə məsləhət verə bilərlər. 5.6. Aptekdə işçilərdən ixtisaslarına uyğun düzgün istifadə olunmalı, şəxsi gigiyena və texniki təhlükəsizlik qaydaları üzrə onların hazırlığı və yenidən hazırlığı, eləcə də işə daxil olarkən və çalışdığı müddət ərzində dövri tibbi müayinələrin keçirilməsi təmin edilməlidir. 5.7. Aptekdə çalışan əczaçılar xüsusi geyimlə (ağ xalat) təchiz edilməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə - yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. İXM-in 452.3. Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 452.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata aptekdə əczaçı işlətməsi vəzifəsi olmuş hüquqi şəxs tərəfindən xx.xx.2025-ci il tarixli 357/25 Ü nömrəli X4 Şəxs ünvan 1i ünvanda yerləşən 1213(7501) nömrəli aptekinə əczaçı təkim edilməsinə görə xitam verilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik ekspertiza mərkəzinin müfəttişlərinin 18 avqust 2025-ci il tarixdə pərakəndə satış əczaçılıq müəssisələrinin növbədənkənar yoxlanılması zamanı ünvan 1i ünvanda yerləşən Şəxsnə məxsus aptekdə fiziki şəxs satıcı X6 reseptlə buraxılan dərman vasitələrinin reseptsiz satışını həyata keçirməsi halına yol verdiyi üçün, onun törətiyi əmələ hüquqi qiymət verilməsi səlahiyyətli orqan olan Səhiyyə Nazirliyinin səlahiyyətinə aid olduğundan Şəxsn barəsində İXM-nin 452.1-ci maddəsi ilə tərtib edilmiş protokola hüquqi qiymət verilməsi üçün inzibati material Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində İXM-in 452.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik ekspertiza mərkəzinin müfəttişlərinin 18 avqust 2025-ci il tarixdə pərakəndə satış əczaçılıq müəssisələrinin növbədənkənar yoxlanılması zamanı ünvan 1i ünvanda yerləşən Şəxsnə məxsus aptekdə fiziki şəxs satıcı X6 reseptlə buraxılan dərman vasitələrinin reseptsiz satışını həyata keçirməsi halına yol verdiyi üçün, onun törətiyi əmələ hüquqi qiymət verilməsi səlahiyyətli orqan olan Səhiyyə Nazirliyinin səlahiyyətinə aid olduğundan Şəxsn barəsində İXM-nin 452.1-ci maddəsi ilə tərtib edilmiş protokola hüquqi qiymət verilməsi üçün inzibati material Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar