Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-625/2022 26.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X4 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 28 fevral 2022-ci il tarixli, MN № ******* saylı qərarından şikayətçi X4 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 28 fevral 2022-ci il tarixli, MN № ******* saylı qərarı ilə X9 Azərbaycan Respublikası İXM-in 253-1.3-cü maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X9 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 28 fevral 2022-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, 28 fevral 2022-ci tarixli qərarı qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və o, vəzifəli şəxs kimi inzibati xəta hadisəsi törətmədiyindən inzibati xəta materialına xitam verilməlidir. 9 saylı RETS idarəsi özünün inziabti qərarını bununla əsaslandırmışdır ki, guya o, vəzifəli şəxs olaraq Bərdə rayon H.Əliyev pr 2ünvamnda (Nəqşi Cahan restoranının qarşısı və ətrafı) çıxarılıb götürülmüş 76 ədəd qurumuş ağacların yerinə yenidən ağac əkmə prosesini vaxtında icra etməmişdir. Aşağıda sadalanan faktlara dayanaraq barəsində qəbul edilmiş inzibati xətaq haqqında MN ******* saylı 28fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvini əsaslı və qanuni hesab edir. Belə ki, tərəflərindən 9 saylı RETS idarəsinə göndərilmiş 08 iyul 2021 ci il tarixli, 91 saylı rəsmi məktublarında qeyd etmişlər ki, Bərdə şəhəri Heydər Əliyev pr 2 ünvanında yerləşən 15 ədəd şam ağaclarını X8 Agentliyinin 07 06 2021 -ci il tarixli 22\1441 saylı rəyinə əsasən kəsilib götürülməsi təmin olumuşdur. Həmçinin şikayətçi qeyd etmişdir ki, götürülmüş 15 ədəd ağacların əvəzinə yeni tinglərin əkilməsi mövsümü dövrdə tərəflərindən təmin olunacaqdır. Bərdə şəhər Bələdiyyəsi tərəfindən yaşıllığın götürülməsi vərəqinə əsasən 22 07 2021-ciil tarixdə 18 saylı qərar qəbul edilərək AR ETS nazirliyinin 14 iyul 2021-ci il tarixli 22\1956 saylı rəyini əsas alaraq, Bərdə şəhəri Heydər Əliyev pr 2 ünvanında 61 ədəd şam ağacının daha sonra isə 17 iyun 2021-ci il tarixli 15 sylı Qərarla 15 ədəd şam ağacının götürülməsi rəsmiləşdirlmiş və 9 ay ərzində yaşıllıqların bərpa olunması qərarla rəsmiləşdirlmişdir. Tərəflərindən 9 saylı RETS idarəsinə ünvanlanmış 27 iyul 2021-ci il tarixli 96 nömrəli məktublarında bildirmişlər ki, Bərdə şəhəri H.Əliyev pr 2 ünvanında yerləşən 61 ədəd şam ağcalarını DEE agentliyinin 14 07 2021-ci il tarixli 22U956 saylı rəyinə əsasən kəsilib götürülməsi təmin olunmuşdur. Məktubda həmçinin qeyd etmişlər ki, götürülmüş 61 ədəd ağacların əvəzinə yeni tinglərin əkilməsi mövsümü dövrdə tərəflərindən təmin olunacaqdır. 17 iyun 2021-ci il tarixdə Bərdə şəhər Bələdiyyəsinin 15 saylı və 22 iyul 2201-ci il tarixdə 18 saylı iclası keçrilmiş, həmin iclasda X8 Agentliyinin 07 06 2021-ci il tarixli 22\1441 saylı rəyi əsas alınaraq Bərdə şəhəri H.Əliyev prospekti 2 ünvanında təbii amillər nəticəsində qurumuş 15 ədəd və 61 ədəd şam ağaclarının 30 gün müddətində kökləri torpaqdan çıxarılmaqla götürülməsi qərara alınmışdır. Tərəflərindən 9 saylı RETS idarəsinin rəisi Elnur Cəlilova ünvanlanmış 17 fevral 2022-ci il tarixli 35 nömrəli məktublarında bildirmişlər ki, onalar ünvanınamış C-BM\4822- 017 saylı 07 02 2022-ci il tarixli məktubunzua cavab olaraq bildiririk ki, Bərdə şəhəri H.Əliyev pr 2 ünvanında yerləşən 76 ədəd şam ağaclannını DEE agentliyinin 07. 06. 2021-ci il tarixli 22M441 saylı və 14 iyul 2021-ci il tarixli 22U956 saylı rəylərinə əsasən kəsilib götürülmsəi təmin olunmuşdur. Əlavə olaraq bildiririk ki, götürülmüş 76 ədəd ağacların əvəinzə yeni tinqlərin əkilməsi mövsümü dövrdə tərəflərindən təmin olunması barədə xx.xx.2021-ci il tarixli 91 saylı və 27.07 2021-ci il tarixli 96 saylı məktublarla rəsmi məlumat verilmişdir. Bütün bu rəsmi yazışmalara və sənədləşdirmə işlərinə baxmayraq, 9 saylı RETS idarəsi əsassız yerə, qanuni və hüquqi əsası olmadan barəsinddə 3000 (üç min) manat inzibati cərimə tətbiq etmişdir. Bərdə Şəhər Bələdiyyəsi tərəfindən kəsilib götürlümüş qurumuş ağacların yeinə 2022-ci ilin fevral ayında tam 76 ədəd ağac əkilmişdir. Məhkəmə iclasında şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X9 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək barəsində qəbul edilmiş MN № ******* saylı, 28 fevral 2022-ci tarixli qərar ədalətsiz, qərəzli və qeyri-obyektiv olduğu üçün məhkəmədən onun icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 göstərdi ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən X1 şəhər ərazisində köküstə tam qurumuş ağacların götürülməsi yerində yeni tiklərin əkilməsi barədə X8 Agentliyi tərəfindən verilmiş rəylərin tələblərinə əməl etmədiyi və bununla da İXM-nin 253-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi müəyyən edilmiş, barəsində protokol tərtib edilərək və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi X5 inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 28 fevral 2022-ci tarixli qərarı ilə barəsində, 3000 manat məbləğində inzibati qaydada cərimə tənbehi edilmişdir. Hesab edir ki, X4 şikayəti əsassızdır və qərar ləğv edilməməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 28 fevral 2022ci il tarixli, MN № ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE 17575591 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1975-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, Ə.Ədilov küçəsi ev 4-də qeydiyyatdadır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin məsləhətçi müfəttişi X6 inzibati xəta haqqında MN № ******* saylı, 04 fevral 2022-ci tarixli protokolun surətindən görünür ki, X1 şəhər ərazisində köküstə tam qurumuş ağacların götürülməsi yerində yeni tinglərin əkilməsi barədə X8 Agentliyi tərəfindən verilmiş rəylərin tələblərinə Bərdə rayon Bərdə Bələdiyyəsinin sədri əməl etmədiyindən, İXM-nin 253-1.3-cü maddəsi ilə barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi X5 inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 28 fevral 2022-ci tarixli qərarın surətindən görünür ki, X9 04 fevral 2022-ci il tarixli, MN № ******* saylı protokolla 2021-ci ilin yay aylarında Bərdə şəhər ərazisində köküstə tam qurumuş ağacların götürülməsi rəyində yeni tinglərin əkilməsi barədə X8 Agentliyi tərəfindən verilmiş rəylərin tələblərinə Bərdə rayon Bərdə Bələdiyyəsinin sədri əməl etmədiyi üçün İXM-nin 253-1.3-cü maddəsi ilə 3000 manat məbləğində inzibati qaydada cərimə tənbehi edilmişdir. İşdə olan Bərdə şəhəri, H.Əliyev prospekti 2 ünvanda yaşayan V. Quliyev Y.Bağırov E.Süleymanov, K.Vətullayev R.Cahangirov, E.Həsənov, Z.Quliyev tərəfindən Bərdə rayon Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilova verdikləri xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Bərdə şəhəri, H.Əliyev prospekti 2 ünvanda yaşayan həmin şəxslər həmin ərazidə şam ağaclarının qurumasını və onların aşma təhlükəsinin olduğunu, ağacların aşacağı təqdirdə yaşayış evlərinə ziyan vurmasının qacılmaz olduğunu, bununla əlaqədar ağacların kəsilərək təhlükənin aradan qaldırılmasını xahiş etmişlər. İşdə olan Azərbaycan Respublikası Bərdə rayon Bərdə Bələdiyyəsinin 17 iyun 2021-ci il tarixli 15 saylı iclasının protokolundan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2021-ci il tarixli 22/1441 saylı məktubunu, Azərbaycan Respublikası Nazirlər Kobinetinin xx.xx.2016-cı il tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası”nın tələblərinə və təhlükəsizlik qaydalarına riayət olunmaqla Bərdə şəhəri, H.Əliyev prospektində təbii amillər nəticəsində qurumuş 15 ədəd Şam ağaclarının 30 gün müddətinə kökləri torpaqdan çıxarılaraq götürülməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Bərdə rayon Bərdə Bələdiyyəsinin 22 iyul 2021-ci il tarixli 18 saylı iclasının protokolundan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2021-ci il tarixli 22/1956 saylı məktubunu, Azərbaycan Respublikası Nazirlər Kobinetinin xx.xx.2016-cı il tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası”nın tələblərinə və təhlükəsizlik qaydalarına riayət olunmaqla Bərdə şəhəri, H.Əliyev prospektində təbii amillər nəticəsində qurumuş 61 ədəd Şam ağaclarının 30 gün müddətinə kökləri torpaqdan çıxarılaraq götürülməsi qərara alınmışdır. İşdə olan Yaşıllığın götürülməsi vərəqindən görünür ki, Vərəqdə Bərdə şəhəri, H.Əliyev prospektində təbii amillər nəticəsində qurumuş 15 ədəd Şam ağaclarının köklərindən çıxarılaraq götürülməsi və Yaşıllıqların bərpa olunma müddəti 9 (doqquz) ay kimi qeyd edilmişdir. İşdə olan Yaşıllığın götürülməsi vərəqindən görünür ki, Vərəqdə Bərdə şəhəri, H.Əliyev prospektində təbii amillər nəticəsində qurumuş 61 ədəd Şam ağaclarının köklərindən çıxarılaraq götürülməsi və Yaşıllıqların bərpa olunma müddəti 9 (doqquz) ay kimi qeyd edilmişdir. İşdə olan Bərdə rayon Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilov tərəfindən 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəsisi Elnur Cəlilova ünvanladığı 08 iyul 2021-ci il tarixli, 91 saylı məktubdan görünür ki, Bərdə şəhəri, H.Əliyev prospekti 2 ünvanda yerləşən 15 ədəd Şam ağaclarını X8 Agentliyinin xx.xx.2021-ci il tarixli, 22/1441 saylı rəyinə əsasən kəsilib götürülməsi təmin olunmuşdur. Götürülmüş 15 ədəd ağacların əvəzinə yeni tinqlərin əkilməsi mövsümü dövrdə tərəflərindən təmin olunacağı qeyd edilmişdir. İşdə olan Bərdə rayon Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilov tərəfindən 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəsisi Elnur Cəlilova ünvanladığı 27 iyul 2021-ci il tarixli, 96 saylı məktubdan görünür ki, Bərdə şəhəri, H.Əliyev prospekti 2 ünvanda yerləşən 61 ədəd Şam ağaclarını X8 Agentliyinin xx.xx.2021-ci il tarixli, 22/1956 saylı rəyinə əsasən kəsilib götürülməsi təmin olunmuşdur. Götürülmüş 61 ədəd ağacların əvəzinə yeni tinqlərin əkilməsi mövsümü dövrdə tərəflərindən təmin olunacağı qeyd edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Agentliyinin Bərdə rayon ünvan ünvanladığı 07 iyun 2021-ci il tarixli, 22/1441 saylı rəydən görünür ki, 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin və X16 Təsərrüfatı Mərkəzinin mütəxəssisləri tərəfindən Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Nəqşicahan” restoranının qarşısında 15 ədəd şam ağacının bioloji inkişaf dövrünü başa vuraraq köküstə tam quruduğu və 1 ədədinin isə qismən qurumuş vəziyyətdə olduğu müəyyən edilmişdir. Həmin 15 ədəd Şam (d=28-46sm) ağacı köküstə tam quruduğu üçün hər birinin əvəzinə yeni tinglər əkildikdən sonra kökləri torpaqdan çıxarılaraq götürülməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Agentliyinin Bərdə rayon ünvan ünvanladığı 14 iyul 2021-ci il tarixli, 22/1956 saylı rəydən görünür ki, 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin mütəxəssisləri tərəfindən Bərdə şəhəri, H.Əliyev prospektiində yerləşən 2 saylı binanın yaxınlığında 61 ədəd şam ağacının təbii şəraitdə kök üstə tam quruyaraq qəzalı vəziyyətdə olduğu müəyyən edilmişdir. Həmin 61 ədəd ağac – (3 ədəd d=24sm, 4 ədəd d=56sm, 5 ədəd d=52 sm, 14 ədəd d=40 sm, 15 ədəd d=48 sm, 20 ədəd d=50 sm) köküstə tam quru halda duğu üçün hər birinin ətrafında yeni tinglər əkildikdən sonra kökləri torpaqdan çıxarılaraq götürülməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsi tərəfindən Bərdə rayon Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilova ünvanladığı xx.xx.2022-ci il tarixli, 48/152 saylı məktubdan görünür ki, Bərdə rayon Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilov barəsində İXM-nin 253-1.3-cü maddəsi ilə tərtib edilmiş protokol üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı qərarın surəti göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsi tərəfindən tərib edilmiş 04 fevral 2022-ci il tarixli Aktdan görünür ki, Bərdə şəhəri ərazisində müvafiq yaşıllıqların götürülməsi və budanması barədə X8 Agentliyi tərəfindən verilmiş rəylərin icra vəziyyəti barədə yoxlama aparılarkən aşağıdakılar aşkar edilmişdir. İdarənin xx.xx.2022-ci il tarixli 09 saylı sərəncamı əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 Agentliyi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli 22/900 saylı, 24 may 2021-ci il tarixli 22/1279 saylı, 07 iyun 2021-ci il tarixli, 22/1441 saylı, 14 iyul 2021-ci il tarixli 22/1956 saylı rəylərin icra vəziyyəti barədə araşdırma apardıq. Araşdırma zamanı məlum oldu ki, Bərdə şəhəri, H.Aslanov küçəsi 64 nömrəli evin yaxınlığında köküstə tam qurumuş 1 ədəd Göyüş ağacının oradan götürülməsi və yerində yeni tinglərin əkilməsi barədə X8 Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixli 22/900 saylı verilmiş rəy əsasında Bərdə rayon Bərdə Bələdiyyəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 11 saylı qərar çıxarılmış və yaşıllıqların götürülməsi vərəqi tərtib olunmuşdur. Rəyin şərtlərinə əsasən götürülmüş göyüş ağacının yerinə 2 ədəd ağac əkilmişdir. Lakin baxış zamanı həmin əkilmiş yeni tikglərin yerində olmadığı müəyyən etdik. Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində 1 ədəd Göyüş cinsindən olan ağacın gövdəsi və kök boğazı çürüyərək hər an aşmaq təhlükəsi olduğundan əvəzinə yeni tingin əkilməsi şərti ilə X8 Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixli 22/1279 saylı rəyinə əsasən Bərdə rayon Bərdə Bələdiyyəsi tərəfindən xx.xx.2021-ci il tarixli 14 saylı qərar qəbul edilmiş və yaşıllıqların götürülməsi vərəqi tərtib edilmişdir. Bərdə şəhəri, H.Əliyev prospektində fərdi fərdi yaşayış evlərinə təhlükə yaradan 15 ədəd qurumuş Eldar şamı ağaclarının götürülməsi və hər birinin əvəzinə yeni tinglərin əkilməsi şərti ilə verilmiş X8 Agentliyi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli 22/1441 saylı rəyə əsasən Bərdə rayon Bərdə Dələdiyyəsi tərəfindən 17 iyun 2021-ci il tarixli 15 saylı qərar qəbul edilmişvə yaşıllıqların götürülməsi vərəqi tərtib edilmişdir. Bərdə şəhəri, H.Əliyev prospekti 2 ünvanında 61 ədəd köküstə tam qurumuş Eldar şamı ağaclarının oradan götürülərək yerində yeni tinglərin əkilməsi barədə DEEA-yi tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli 22/1956 saylı rəy əsasında Bərdə rayon Bərdə Bələdiyyəsi tərəfindən 22 iyul 2021-ci il tarixli 18 saylı qərarı qəbul edilmiş və yaşıllıqların götürülməsi vərəqi tərtib edilmişdir. Qeyd edilən DEEA-nın 22/1279, 22/1441, 22/1956 saylı rəylərin tələblərinə qismən əməl edilmişdir. Belə ki, həmin rəylər əsasında köküstə tam qurumuş ağaclar Bərdə rayon Bərdə Bələdiyyəsi tərəfindən götürülsədə həmin ağacların yerinə və yaxud yaxın ətrafına yeni tinglər əkilməmiş və rəylərin icrası barədə 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə rəsmi məlumat verilməmişdir. İXM-in 253-1.3-cü maddəsinə əsasən, götürülmüş yaşıllıqların yerinin dəyişdirilməməsinə və ya bərpa edilməməsinə, yaxud zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin bərpa edilməməsinə görə -fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir. Yaşıllıqların mühafizəsi haqqında 02 may 2014-cü il tarixli Azərbaycan Respublikasinin Qanununun 1.0-ci maddəsinə əsasən bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu; 1.0.3. yaşıllıqların mühafizəsi - ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlər; 1.0.10. yaşıllıqların bərpası – götürülmüş (kəsilmiş), zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin əvəzinə onlara bərabər yeni bitkilərin əkilməsi və (və ya) yaşıllığın salınması; 1.0.12. yaşıllıqların götürülməsi - bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir. 4.1. Yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin obyektləri yaşıllıqlar (ağac, kol, gül-çiçək, ot bitkiləri, onların əkin materialları (toxumlar, şitillər, tinglər), yaşıllıq əraziləri və onlardan istifadə hüquqlarıdır. 4.2. Yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektləri dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir. 4.3. Yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin bütün subyektləri yaşıllıqlardan istifadədə, onların salınması, bərpası, qorunması və genişləndirilməsində bərabər hüquqlara malikdirlər və subyektlərin heç birinə bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üstünlük verilmir. 8.1. Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. 8.2. Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri aşağıdakılardır: 8.2.1. yaşıllıq ərazilərinin genişləndirilməsinə dair yerli proqramlar və normativ xarakterli aktlar qəbul etmək; 8.2.2. yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq; 8.2.3. mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu, kadastrını və monitorinqini aparmaq; 8.2.4. yaşıllıqların mühafizəsi məqsədi ilə bələdiyyə büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək; 8.2.5. müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə bələdiyyə ərazisindəki yaşıllıqlarda rast gəlinən xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq; 8.2.6. ərazisində olan yaşıllıqların genişləndirilməsi məqsədi ilə həvəsləndirmə tədbirləri müəyyənləşdirib həyata keçirmək. 14.2. Yaşıllıqların bərpası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 14.3. Zədələnmə və ya məhv olma hallarında yaşıllıqlar həmin yerdə eyni və ya yerli şəraitə daha yaxşı uyğunlaşan münasib bitki cinsləri və növlərindən istifadə olunmaqla bərpa edilməlidir. 14.6. Yaşıllıqların bərpası bir il ərzində həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, Bərdə şəhəri, H.Əliyev prospektində təbii amillər nəticəsində qurumuş 76 (61+15) ədəd Şam ağaclarının köklərindən çıxarılaraq götürülməsi və yaşıllıqların bərpa olunma müddəti 9 (doqquz) ay kimi qeyd edilmişdir. Lakin Yaşıllıqların mühafizəsi haqqında 02 may 2014-cü il tarixli Azərbaycan Respublikasinin Qanununun 14.06-cı maddəsinə əsasən yaşıllıqların bərpası bir il ərzində həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-nin 53.0.6-cı maddəsinə əsasən- bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Bərdə rayon Bərdə Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Agentliyinin 07 iyun 2021-ci il tarixli, 22/1441 saylı və 14 iyul 2021-ci il tarixli, 22/1956 saylı rəylərə əsasən kəsilmiş 76 ədəd şam və müxtəlif növ ağacların yerinə və ətrafına yeni tinklər əkilməsinin mvsümü dövrdə tərəflərindən təmin olunacağı barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə Bərdə rayon Bərdə Bələdiyyəsi tərəfindən 08 iyul və 27 iyul 2021-ci il tarixli məktublarla məlumat verildiyindən və hazırda həmin tinklər əkilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Agentliyinin 07 iyun 2021-ci il tarixli, 22/1441 saylı və 14 iyul 2021-ci il tarixli, 22/1956 saylı rəylərinin tələblərinə əməl edildiyindən, həmçinin yaşıllıqların bərpası bir il ərzində həyata keçirilməli olduğndan X9 inzibati məsuliyyətə cəlb oluna bilməz və onun barəsində başlanmış inzibati material üzrə icraata xitam verməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında 28 fevral 2022-ci tarixli, MN № ******* saylı X4 3000 manat məbləğində cərimə edilməsi barədə qərarı ləğv edilməli, X4 barəsində İXM-in 253-1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və İXM-in 133, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi əvəzi X5 inzibati tənbeh vermə haqqında 28 fevral 2022-ci tarixli, MN № ******* saylı qərarı ləğv edilsin. X4 barəsində İXM-in 253-1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-625/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-625/2022
26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver