Məhkəmə qərarları › İş №3(021)-626/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-626/2022

16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-626/2022 16.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru X1 və şikayətçi X5 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X7 X8 İXP ******* saylı, 07 yanvar 2022-ci il tarixli protokoldan və TP ******* saylı, 28 yanvar 2022-ci il tarixli qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X7 X10 tərəfindən TP ******* saylı, 28 yanvar 2022-ci il tarixli qərar ilə X6 barəsində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X6 həmin qərardan şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X7 X8 İXP ******* saylı, 07 yanvar 2022-ci il tarixli protokolun və TP ******* saylı, 16 may 2022-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti isnpektoru polis serjantı X2 tərəfindən barəsində İXM-nin 327.1-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol, TP ******* saylı, 16 may 2022-ci il tarixli qərar qəbul etmişdir. Hesab edir ki, qərar qərəzli və əsassız yazılmışdır. Belə ki, protokoldan məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixdə protokolu götürmüş , lakin qərarı verməmişdirlər. Bu barədə 102 xidmətinə müraciət etsə də xx.xx.2022-ci il tarixdə həmin qərarı ala bilmişdir. Həmçinin qeyd etmişdir ki, o, avtomobillə heç bir hərəkət etməmiş və qanunu pozmamışdır. Odur ki, barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti isnpektoru X3 protokolu müdafiə edərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə X5 idarə etdiyi “VAZ 21074” markalı ** BL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yol hərəkət qaydalarını pozduğuna görə saxlanılmış və sürücü X5 barəsində İXP ******* saylı xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. TP ******* saylı, 28 yanvar 2022-ci il tarixli qərarla 40 manat cərimə edilmişdir. Bundan sonra cəriməni ödəməsi barədə sürücüyə dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin sürücü X6 cəriməni vaxtında ödəməmiş və cərimənin üzərinə dəbbə pulu hesablanmışdır. Şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Bərdə rayon Yol Patrul Xidmətinin İXP ******* saylı xx.xx.2022-ci il tarixli protokolundan və TP ******* saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X5 əməlində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İşə əlavə edilmiş AZE 13207732 saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1977-ci ildə Bərdə rayonu Leninabad kəndində doğulmuş, Bərdə rayonu Samux kəndində yaşayır. Məhkəmə qeyd edir ki, X6 xx.xx.2022-ci il tarixdə saat 11:55 radələrində “VAZ 21074” markalı ** BL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozmadığını bildirsədə bunu sübut edə bilmədi. Məhkəmə iclasında X6 TP ******* saylı, 28 yanvar 2022-ci il tarixli qərarın ləğv edilməsinə əsas ola biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə bu qənaətə gələrkən qeyd edir ki, İXM-nin 122-ci maddəsinə əsasən elektron qaydada əks olunmuş görüntülər 3 ay ərzində saxlanılır. Qərardan isə 20 gün müddətinə şikayət verilməsi nəzərdə tutulur. Müəyyən edilir ki, həmin protokol DYPB tərəfindən xx.xx.2022-ci il tarixdə F.Qarayevə göndərilmişdir. O, lazım olan müddət ərzində şikayət etməyib. Özü isə elektron görüntünü tələb edir. Halbuki, onun saxlanılma müddəti keçdikdən sonra şikayət edib. Bu hal isə məhkəməyə əsas vermir ki, şünhəli məqamları F.Qarayevin xeyrinə həll etsin. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə inzibati tənbeh tətbiq olunarkən qanunvericiliyin mahiyyəti pozulmamış, yəni inzibati xətanı kimin tərəfindən törədildiyi aydın olur. Beləliklə məhkəmə qeyd edir ki, X5 şikayəti təmin olunmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, protokoldan şikayət qanunvericiliklə nəzərdə tutulmamışdır. Odur ki, protokola baxışa münasibətdə məhkəmə predmeti deyil. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X7 X8 TP ******* saylı, 28 yanvar 2022-ci il tarixli qərarından X5 verdiyi şikayət təmin edilməsin, TP ******* saylı, 28 yanvar 2022-ci il tarixli qərar qanuni hesab edilsin. Qərar elan olunduqdan sonra 10 (on) gün müddətində qərar qəbul etmiş Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar