Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-627/2022 18.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayonu X6 Yol Polis bölməsinin yol patrul xitmətinin inspektoru, polis baş serjantı X1, Barəsində inzibati icraat aparılan X2 iştirakları ilə, 25 mart 1977-ci il tarixdə Bərdə rayonu, Leninabad kəndində doğulmuş, orta təhsilli, işləməyən, evli, Bərdə rayonu, Samux kəndində yaşayan X2 Bərdə rayon Yol Patrul Xidmətinin polis baş serjantı X1 20 aprel 2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bərdə Rayon Məhkəməsinə X2 barəsində olan inzibati xəta haqqında 20 aprel 2022-ci il tarixli, İXP ******* saylı qərardan verdiyi şikayət daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X4 20 aprel 2022-ci il tarixdə Bərdə şəhəri Heydər Əliyev prospektində “Vaz 21074 minik” **-BL-*** dövlət nişanlı avtomobilinə Dovlət Yol Patrul Xidmətinin əməkdaşı X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 342.5-ci maddələri ilə inzibati xəta törədilməsi barədə protokol tərtib edilməklə qərar qəbul etmişdir. X5 barəsində tərtib edilən İXP № ******* saylı inzibati xəta haqqında protokol və TP № ******* saylı qərarla razılaşmiyaraq protokol və qərar əsaslı olmadığını bildirmişdir. Belə ki, belə protokol və qərar yazılarsa labaratoriyadan keçirilməli olduğunu bildirmişdir. X10 Xidmətinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 342.5-ci madddələrinə uyğun olaraq protokol tərtib etmişlər. Həmin protokol və qərar əsassız olduğundan onun ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Bərdə rayonu X6 Yol Polis bölməsinin yol patrul xitmətinin inspektoru, polis baş serjantı X3 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 həqiqətin də 03 aydan çox müddətdə ödənməmiş cərimələri olmuşdur. Bunun üçün saxlanılmış və avtomobilindən normadan artıq zərərli qaz və tüstünün çıxması müəyyən edilmiş və müvafiq protokol tərtib edilmişdir. Yazılmış protokol və qərar qanunidir. Şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştiraçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Qeyd edilən pozuntular təqdim edilmiş video diskdə də öz əksini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu madəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraat başlanması əsaslarından biridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətçi X2 Bərdə rayon Yol Patrul Xidmətinin polis baş serjantı X1 20 aprel 2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə rayon Yol Patrul Xidmətinin polis baş serjantı X1 20 aprel 2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-627/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-627/2022
18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver