Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-628/2024 30.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, protokol tərtib etmiş şəxs X3, icra işi üzrə tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1987-ci il tarixdə Bərdə rayonu, Kələntərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bərdə rayonu, Kələntərli kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon İcra və Probasiya Şöbəsində 30 may 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur. Həmin protokol baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl ona görə tərtib olunmuşdur ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1155/2023 nömrəli icra sənədi üzrə tələbkara 2480 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahatında göstərdi ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 1155/2023 nömrəli icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş 27 noyabr 2014-cü il təvəllüdlü X4, 24 aprel 2019-cu il təvəllüdlü X7 və 24 aprel 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 17 yanvar 2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilmişdir. Zaur Çıraqova rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə gətirmişdir. Hazırda borclunun tələbkara 2480 manat aliment borcu qalmışdır. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək imkanı olmadığından borcu bugünədək tam şəkildə ödəyə bilmədiyini bildirərək indi 400 manat ödəyəcəyini, qalan borcu isə tezliklə hissə-hissə bağlayacağını vəd vermiş və bununla bağlı tələbkarla qarşılıqlı razılığa gəldiyini bildirmişdir. Odur ki, barəsində tərtib edilmiş Bərdə rayon İcra və Probasiya şöbəsinin protokolu üzrə başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İcra işi üzrə tələbkar X6 hazırda borclunun ona 400 manat ödədiyini və borclu ilə razılaşdığını, borclunun cəzalandırılmasını istəmədiyini, borclunun alimentlə birgə borcu da ödəməsini tələb etdiyini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş edərək bununla bağlı məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barədə İXM-in 528.1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş: İş materiallarında olan icra işi üzrə elektron informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.1987-ci il tarixdə Bərdə rayonu, Kələntərli kəndində doğulmuşdur. Bərdə rayonu, Kələntərli kəndində yaşayır. Adına hər hansı daşınar və daşınmaz əmlak, bank hesabı mövcud deyil. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 1155/2023 nömrəli icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş 27 noyabr 2014-cü il təvəllüdlü X4, 24 aprel 2019-cu il təvəllüdlü X7 və 24 aprel 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 17 yanvar 2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən 30 may 2024-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədi üzrə 2480 manat aliment borcu yaranmış, borclu icra sənədi üzrə tələbi təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materiallarında olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mətləb Ələkbərov tərəfindən qəbul edilmiş 04 may 2023-cü il tarixli icraata başlama haqqında qərardan və bildirişin surətindən görünür ki, borcluya borcun ödənilməsi təklif edilmiş, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi diqqətə çatdırılmışdır. İş materiallarında olan məktublardan görünür ki, borclu Şəxs yeri müəyyən edilmədiyindən onun barəsində polis şöbəsində axtarış işi açılmış, daha sonra isə borclu polis əməkdaşları tərəfindən icra şöbəsinə təhvil verildiyindən axtarış işi xitam edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. Bundan başqa o, borcu bu günədək tam ödəyə bilməməsini maddi imkanının olmaması ilə əlaqələndirmiş, hər bir halda özünü təqsirli bilmiş, icra işi üzrə borcundan ödənişlər etmiş, icra sənədinin icrasından qərəzli yayınması nəticəsinə gələcək hər hansı hərəkətə yol verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxs Şəxs bu günə qədər borcu ödəməməkdə heç bir qərəzliliyi yoxdur, sadəcə olaraq maddi imkanı olmadığından bu günədək borcunu tam ödəyə bilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxs tərəfindən icra işi üzrə tələbkara məhkəmə iclasında 400 manat ödənilmiş, digər borcun hissə-hissə ödənilməsi ilə bağlı tərəflər razılaşmış, icra işi üzrə tələbkar isə hazırki protokola xitam verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs icranı qərəzli gecikdirməsindən və əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-628/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-628/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver