Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-628/2025 01.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, X3 iclas katibliyi, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Bərdə rayonu Lək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsində 1 sentyabr 2025-ci il tarixli MN №2090594 saylı inzibati xəta haqqında potokol və ona əlavə edilmiş sənədlər tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs vergi ödəyicisi qismində vergi orqanında qeydiyyatdan keçməklə vergi uçotuna alınmış, əsas fəaliyyət istiqaməti buğdanin becərilməsi olmaqla, aktiv statusda olan vergi ödəyicisidir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, vergi ödəyicisinin "xxxx" ASC-nin Bərdə filialında AZ96AİİB410400İ**********137 nömrəli cari hesabı mövcuddur. İnzibati xəta haqqında icraat materiallarında şəxsin həmin hesabına icra orqanı tərəfindən sərəncamın qoyulub-qoyulmadığını təsdiq edən sənəd əlavə edilməmişdir. İcra məmuru “Elektron İcra İnformasiya Sistemi”ndən şəxsin hesabları barədə məlumat əldə etməyin mümkün olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, borclu barəsində inzibati xəta üzrə icraatın başlanılması bütün məcburi icra tədbirləri həyata keçirildikdən sonra mümkündür. Hazırki inzibati xəta üzrə icraat çərçivəsində borclunun gəlirləri barədə ətraflı məlumat əldə edilməmiş, cari hesabına müvafiq inkasso sərəncamları qoyulmamışdır. “İcra haqqında” AR Qanununun 43.1.2-ci maddəsinə əsasən tələb borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməmişdir. Bu halda məhkəmə hesab edir ki, bütün məcburi icra tədbirləri tam həyata keçirilmədiyindən, təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, protokol düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 1 sentyabr 2025-ci il tarixli MN №2090594 saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 1 sentyabr 2025-ci il tarixli MN №2090594 saylı protokol və ona əlavə olunmuş sənədlər Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-628/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-628/2025
01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver