Məhkəmə qərarları › İş №3(021)-63/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-63/2021

21.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-63/2021 21.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Həsənov Sahib Köçəri oğlu tərəfindən verilmiş ərizəni nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ : Həsənov Sahib Köçəri oğlu məhkəməyə ərizə müraciət edərək, ona yazılmış cərimənin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Həsənov Sahib Köçəri oğlunun verdyi ərizə geri qaytarılmalıdır. Belə ki, Həsənov Sahib Köçəri oğlu tərəfindən verilmiş şikayət üzrə təqdim edilmiş materiallar natamamdır, şikayəti əsaslandıran sənədlər əlavə olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər material səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Sadalananlara əsasən Həsənov Sahib Köçəri oğlu tərəfindən verilmiş ərizə ona geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Həsənov Sahib Köçəri oğlu tərəfindən verilmiş ərizə ona qaytarılsın. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar