Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-635/2024 05.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X6 iclas katibliyi, protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X8, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və vəkili Vəkil iştirаkları ilə, xx.xx.1988-ci il tarixdə Yevlax rayonunda anаdаn оlmuş, Yevlax rayon Aran qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci mаddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, M ü ə y y ə n e t d i: X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 157-ci maddəsi ilə Bərdə rayon Polis Şöbəsində 05 iyun 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X9 məhkəmə iclasında izahat verərək göstərdi ki, Bərdə rayonu Zümürxan kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024- cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı ərazidə əvvəl qeyrirəsmi yaşadığı Elnur Məhhərəmovun onu döyməsi barədə məlumat vermişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Şəxs ilə qeyri-rəsmi olaraq birlikdə yaşamışdırlar. Lakin Şəxs narkotik aludəçisi olduğuna görə aralarında olan münasibət pozulmuş və sonradan Şəxs həbs edilmişdir. Hal hazırda Şəxs azadlıqda olduğuna görə, Zərərçəkmiş şəxs yaşadığı evə gələrək onu narahat etmişdir. Şəxs, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evə gələrək onu söyüb təhqir etmiş və yenidən onunla birlikdə yaşamaq istədiyini deyib, rədd cavabı aldıqda sonuncunun ağız nahiyəsindən yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs almış olduğu bədən xəsarətlərini müəyyən etmək üçün məhkəmə tibbi ekspertizası təyin edilmiş, MTE-nin PA Birliyinin xx.xx.2024-cü il tarixli 382 saylı rəyindən görünür ki Zərərçəkmiş şəxs almış olduğu xəsarətləri-üst dodaq nahiyəsinin selikli qişasının qansızması, küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda götərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlmiş, sağlamlığa zərər vurmayan xəsarət olmadığından dərəcəsi təyin edilməmişdir. Araşdırma gedişatında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə Şəxs arasında baş vermiş mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs ağız nahiyəsindən vuraraq sonuncuya sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Bununla da, Bərdə rayon Zümürxan kəndində yaşayan Şəxs Zərərçəkmiş şəxs döyməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərədə tutulan əməli törətməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli müraciəti əsasında toplanmış materialda cinayət faktı aşkar edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin İTB-nə verilmişdir. Buna görə də X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib etmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 bildirdi ki, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq ailəli olmuşdur və hal hazırda onunla birlikdə yaşamırlar. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə onun yaşadığı evə getmiş və Zərərçəkmiş şəxs bir yerdə yaşamaq istədiyini, övladı ilə görüşməsinə icazə verməsini bildirmiş, lakin sonuncu ona rədd cavabı vermişdir. O, Zərərçəkmiş şəxs döyməmiş, xəsarət yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəxsla əvvəllər qeyri-rəsmi olaraq ailəli olmuşdur. Şəxs spirtli içki alüdəçisidir və hal hazırda onunla birlikdə yaşamır. Buna baxmayaraq Elnur mütəmadi olaraq onun yaşadığı evin qarşısına gələrək onu narahat edir. O, Elnurun barəsində mütəmadi olaraq DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Elnur onun yaşadığı evin qarşısına gələrək onu söyüb təhqir etmişdir. Sonra isə o, Elnurun cavabını verən zaman Elnur onun ağız nahiyəsindən yumruqla vurmuş və dodaq nahiyəsinə xəsarət yetirmişdir. Buna görə də, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra Elnur qaçaraq həmin yerdən uzaqlaşmışdır. Hazırda onunla barışmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 vəkili Vəkil müdafiə etdiyi şəxs barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X3 İXM-in 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və X7 törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə RPŞ TB-nin təhqiqatçısı X11 tərəfindən qəbul edilmiş 31 may 2024-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki; Bərdə rayonu Zümürxan kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı ərzidə əvvəl qeyri-rəsmi yaşadığı Elnur Məhhərəmovun onu döydüyməsi barədə məlumat vermişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Şəxs ilə qeyrirəsmi olaraq birlikdə yaşamışdırlar. Lakin Şəxs narkotik alüdəçisi olduğuna görə aralarında olan münasibət pozulmuş və sonradan Şəxs həbs edilmişdir. Hal-hazırda Şəxs azadlıqda olduğuna görə, Zərərçəkmiş şəxs yaşadığı evə gələrək onu narhaat etmişdir. Şəxs, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evə gələrək onu söyüb təhqir etmiş və yenidən ailəli olmaq istədiyini deyərək ağız nahiyəsindən yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs almış olduğu bədən xəsarətlərini müəyyən etmək üçün məhkəmə tibbi ekspertizası təyin edilmiş, MTE-nin PA Birliyinin xx.xx.2024-cü il tarixli 382 saylı rəyindən görünür ki Zərərçəkmiş şəxs almış olduğu xəsarətləri- üst dodaq nahiyəsinin selikli qişasının qansızması, küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda götərilən tarixə yəni xx.xx.2024-cü il tarixə uyğun gəlmiş, sağlamlığa zərər vurmayan xəsarət olmadığından dərəcəsi təyin edilməmişdir. Araşdırma gedişatında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə Şəxs arasında baş vermiş mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs ağız nahiyəsindən vuraraq sonuncuya sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Bununla da, Bərdə rayon Zümürxan kəndində yaşayan Şəxs Zərərçəkmiş şəxs döyməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərədə tutulan əməli törətmişdirlər. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli müraciəti əsasında toplanmış materialda cinayət faktı aşkar edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM- nin 157-ci maddəsi ilə inzibati məsuliyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin İTB-nə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE-nin PA Birliyinin xx.xx.2024-cü il tarixli 382 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətləri-üst dodaq nahiyəsinin selikli qişasının qansızması, küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda götərilən tarixə yəni xx.xx.2024-cü il tarixə uyğun gəlmiş, sağlamlığa zərər vurmayan xəsarət olmadığından dərəcəsi təyin edilməmişdir. İnzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN №2077202 nömrəli protokolda göstərilmişdir ki, X1 İntizar Abdulla qızını döymüşdür. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, X7 31 may 2024-cü il tarixdə şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs oğlunu döymüşdür. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə X4 məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün X3 barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məsuliyyətini yüngülləşdirən hal müəyyən etməmişdir. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda, İXM-in 157-ci maddəsinin sanksiyasında iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, X7 İXM-in 157-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 15 (on beş) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətinə inzibаti tənbeh-həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 05 iyun 2024-cü il tаrixdən, saat 18:30–dan hesablansın. X7 Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərаrın surəti rəsmi аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-635/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-635/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver