Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-638/2022 14.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, xx.xx.1998-ci il tarixdə Bərdə şəhərində аnаdаn оlmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Bərdə şəhəri, Füzuli küçəsi ev 97 qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227-ci maddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 3(021)-637/2022, 3(021)- 638/2022 və 3(021)-639/2022 saylı inzibati xəta haqqında materiallara baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 mart 2022-ci il tarixdə X1 məxsus Bərdə şəhəri, Füzuli küçəsi 99 saylı yaşayış evindən müxtəlif əşyalar və avtomobildən səsgücləndirici oğurlamış, 90 manat dəyərində ziyan vurmuşdur. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 aprel 2022-ci il tarixdə X1 məxsus Bərdə şəhəri, Füzuli küçəsi 99 saylı yaşayış evinin həyətində olan ona məxsus ** BU *** dövlət nömrə nişanlı avtomaşından 2 ədəd səsgücləndirici oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 mart 2022-ci il tarixdə Bərdə şəhəri, Səttərxan küçəsində yaşayan X2 məxsus yaşayış evindən 1 ədəd dəyəri 25 manat olan DVD videomaqnitofon, 1 ədəd 50 manat dəyərində su qızdırıcı və 15 manat dəyərində şokolad oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-nə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar v e r d i m: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-637/2022, 3(021)-638/2022 və 3(021)-639/2022 saylı inzibati işlər bir icraatda baxılsın. İşə 14 may 2022-ci il tarixdə saat 13:00-da Bərdə Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın. H a k i m Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-638/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-638/2022
14.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver