Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-638/2025 02.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, xx.xx.1992-ci il tarixdə Bərdə rayonunda doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri, S.Vurğun küçəsi ev 50-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon polis şöbəsindən daxil olmuş İXP № ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Hüseynov X17 Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:10 radələrində X4 məxsus etibarnamə əsasında idarə etdiyi “NAZ LİFAN LF7132/2-320” minik markalı ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə şəhəri, Sənaye küçəsi ilə Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən yolun hərəkət nişanlamma xətti yoxdur və məcburi yolayrıcında hərəkətin nizamlanması "yol ver" və "sağa və sola hərəkət nişanına əməl etmədiyindən, əks istiqamətdə hərəkətdə olan X5 idarə etdiyi “VAZ 21061” minik markalı ** CC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21061” minik markalı ** CC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə sərnişin olan X14 xəsarət almışdır. Hadisə ilə əlaqədar Bərdə rayon X19 Bölməsinin müstəntiqi, X1 tərəfindən HK-1/3087 saylı material üzrə araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti “NAZ LİFAN LF7132/2-320” minik markalı ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi əlaməti olduğuna görə onun barəsində İXM-nin 327.8ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat açılamsı üçün Bərdə rayon X22 X25 göndərilmişdir. Ona görə də Bərdə rayon DYPB-nin YPX-nin inspektoru polis serjantı X9 tərəfindən Şəxs barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də protokolu tərətib etmiş şəxs, zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və barəsində inzibati icraat aparılan şəxs heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan; xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:10-da “NAZ LİFAN LF7132/2-320” minik markalı ** BT *** avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törədərək İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bərdə RPŞ-nin İB-nin müstəntiqi X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində toplanmış HK-1/3087 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat açılamsı üçün qəbul edilmiş qərarın surəti Bərdə rayon Polis Şöbəsinin DYPB-nə görədilmişdir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2025-ci il tarixli, 1271 nömrəli aktından görünür ki, hadisə vaxtı Şəxs alkoqol sərxoşluğu əlaməti olmamış, ayıq olmuşdur. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2025-ci il tarixli, 1270 nömrəli aktından görünür ki, hadisə vaxtı X6 alkoqol sərxoşluğu əlaməti olmamış, ayıq olmuşdur. BD102246 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “NAZ LİFAN LF7132/2-320” minik markalı ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X3 mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli, ƏN-İX №527484 nömrəli Etibarnamənin surətindən görünür ki, X13 mülkiyyətində olan “NAZ LİFAN LF7132/2-320” minik markalı ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 1 il müddətinə, yəni xx.xx.2025-ci il tarixədək Şəxs etibar edilmişdir. AD №303935 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “VAZ 21061” minik markalı ** CC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X10 mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli, ƏN-VİN №991537 nömrəli Etibarnamənin surətindən görünür ki, X16 mülkiyyətində olan “VAZ 21061” minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 1 il 3 ay 28 gün müddətinə, yəni xx.xx.2025-ci il tarixədək X11 etibar edilmişdir. xx.xx.2025-ci il tarixli ilkin qiymətləndirmə aktından (zərər dəymiş avtomobil barədə məlumat) görünür ki, “VAZ 21061” minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1465 manat maddi ziyan dəymişdir. “MTE və PA” Birliyinin Bərdə rayonlararası zona mərkəzinin xx.xx.2025-ci il tarixli, 661 nömrəli rəyindən görünür ki, X7 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun sümüyünün ucunda yerdəyişməyən sınıq, burun kökü və burun beli nahiyyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin kimi olmaqla törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.1992-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, Səməd Vurğun küçəsi ev 50-də qeydiyyatdadır və yaşayır. AZE № 15987976 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1980-cı ildə Bərdə rayonu, Alaçadırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatdadır və yaşayır. AA6029302 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.2007-ci ildə doğulmuşdur. BB107207 seriyə və nömrəli Azərbaycan Respublikası Sürücülük Vəsiqəsi məlumatlarından görünür ki, Şəxs B1,B,C1,C dərəcəli sürücülük hüququ verilmişdir. AC 902325 seriya və nömrəli Azərbaycan Respublikası Sürücülük Vəsiqəsindən görünür ki, X11 BC dərəcəli sürücülük hüququ verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP № ******* nömrəli protokolla sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8.ci maddəsinə sasən, Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs ayıq vəziyyətdə, sürücülük hüququ olmaqla idarə etdiyi “NAZ LİFAN LF7132/2-320” minik markalı ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə şəhəri, Sənaye küçəsində Bərdə avtomobil yolu ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin . fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalı olduğu halda bunları etməyərək, X5 idarə etdiyi “VAZ 21061” minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Toqquşma nəticəsində sərnişin X12 burun sümüyünün ucunda yerdəyişməyən sınıq, burun kökü və burun beli nahiyyəsinin sıyrıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilmiş xəsarətlər yetirmişdir. Belə olan halda inzibati xəta törədən şəxs Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X7 “yüngül” bədən xəsarətləri alaraq sağlamlıqlarının qıssa müddətə pozulmasına səbən olan yol nəqliyyat hadisəsi törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi, həmçinin məsuliyyətini yüngülləşdirici halların olmamasını nəzərə alır. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi ilə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan RespublikasınınİXM-nin 327.8, 360, 362- 365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərаrın icrаsı Azərbaycan Respublikası Baş X27 İdarəsinə həvаlə edilsin. Qərardan, qərarın surətinin rəsmi qaydada alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-638/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-638/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver