Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-639/2025 10.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlu, Şəxs barəsində Azərbaycan Dövlət Su X1 Suların İstifadəsinə və X3 Xidməti 7 Saylı X5ndən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bərdə rayonu Gərənə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Dövlət Su X2 İstifadəsinə və X3 Xidməti 7 saylı X5 tərəfindən MN № ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur ondan ötrü ki, Şəxs Bərdə rayonu Gərənə kəndi ərazisində ərzaq mağazasında formalaşan tullantı sularını kənara təyinatsız axıtması ilə bağlı Azərbaycan Respublikası Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət etməmişdir. Odur ki, Şəxs barəsində İXM-in 262.2.2-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətа haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, sənədlər natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş iş materiallarından görünür ki, Azərbaycan Dövlət Su X2 İstifadəsinə və X3 Xidməti 7 saylı X5 Şəxs barəsində inzibati tədbir görülməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Dövlət Su X2 İstifadəsinə və X3 Xidməti 7 saylı X5 inzibati protokolu və iş materiallarını məhkəməyə təqdim etsə də sahibkarlıq sahəsində reyestrdən çıxarışı əlavə etməmişdir. Qeyd edilən sənəd əlavə edildikdən sonra məhkəməyə müraciət etmək hüququnun olması izah edilməklə şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə inzibati protokol Azərbaycan Dövlət Su X2 İstifadəsinə və X3 Xidməti 7 saylı X4 geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, 08 sentyabr 2025-ci il tarixli MN 23666765 saylı inzibati tənbeh vermə haqqında protokol və ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Dövlət Su X2 İstifadəsinə və X3 Xidməti 7 saylı X4 geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib edilmiş 08 sentyabr 2025-ci il tarixli MN 23666765 saylı inzibati tənbeh vermə haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Dövlət Su X2 İstifadəsinə və X3 Xidməti 7 saylı X4 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-639/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-639/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver