Məhkəmə qərarları › İş №3(021)-640/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-640/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-640/2023 16.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, X10 və Bərdə rayon Yol patrul xidmətinin baş inspektoru X9 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2022-ci il tarixli qərarından X16 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinin TP ******* saylı xx.xx.2022-ci il tarixli qərar ilə X8 barəsində İXM-nin 338.5.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X8 həmin qərardan şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinin TP ******* saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin xx.xx.2022-ci il tarixli TP-5469367 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə barəsində İXM-nin 338.5.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur və mənə 40 manat cərimə yazılmışdır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar və protokol qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və onun tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayon Şatırlı kəndində yaşayır. Özünə məxsus həyətində mal-qara var. 21 dekabr 2022-ci il tarixdə saat 18:10 radələrində mal- qaranı otlaq sahəsindən gətirdiyi zaman inək onunla birlikdə qapının qarşısında idi. Həmin zaman asfalt yoldan bir avtomobil keçmiş və keçdiyi zaman inəyi gördüyündən avtomobili aşağı sürətdə sürmüşdür. Lakin aşağı sürətdə avtomobili sürən şəxsin arxasından gələn Bərdə rayon Yenidaşkənd kənd sakini X2 markalı 09-BS- 092 dövlət qeydiyyat nişanlı avtomili ilə 90-100 sürətdə sürmüş və yüksək sürət gücü ilə gələrək onun inəyinə xəsarət yetirmişdir. Nəticədə inək ölmüşdür. Hal-hazırda onun inəyi xəsarət alaraq öldüyü üçün o, zərərçəkmiş şəxsdir. Onun zərərçəkmiş şəxs olmağına baxmayaraq hazırda ona qanunsuz olaraq cərimə yazırlar. xx.xx.2022-ci il tarixli TP-5469367 nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə yazılmış İXM-nin 338.5.2-ci maddəsinə əsasən onun "mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi olaraq qeyd etmişlər. Ona qanunsuz cərimə yazırlar. Halbuki inək onun öz evinin qarşısında onunla birlikdə olmuş, Etimad İsmayılov isə sürət həddinin çox olması və avtomobili yanlış olaraq sağdan keçirtməsi ilə bağlı inəyini öldürmüşdür. Bu hadisədə Etimad İsmayılovun günahı olmasına baxmayaraq yenə də ona cərimə yazırlar. Buradanda yol polis idarəsinin əməkdaşlarının qanunsuzluğundan inüirki yazılmış cərimə yazımışdır. Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 3(021)-640/2023 saylı 16 mart 2023-cü il tarixli qərardadı ilə şikayətvermə müddəti bərpa olunmuşdur. Şikayətçi X8 məhkəmə iclasında bildirdi ki, hadisə baş verən zaman o atla mal-qaranı körpüdən keçirərkən həmin körpüdən gələn –gedən avtomobilləri görmək mümkün olmur. Qəfildən avtomobil sürətlə gələrək onun mal-qarasına ziyanlıq vurdu. Həmçinin inzibati qərarı vaxtında əldə etməmiş, eyni zamandada xəstə olduğundan şikayət vermə müddətinin bərpa edilməsi və qərarın ləğv olunmasını xahiş etdi. Bərdə rayon Yol patrul xidmətinin baş inspektoru X13 məhkəmə iclasında bildirdi ki, Kərimov X4 qadağan olan körpüdən mal-qaranı keçirmiş, X5 həddini aşmadan onun qarşısına inək çıxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş X22 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X8 İXM-nin 338.5.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, ona 40 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İşə əlavə edilmiş AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1970-ci ildə anadan olmuşdur. Məhkəmə qeyd edir ki, X8 məhkəməyə TP ******* saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsinə əsas ola biləcək sübutları təqdim edə bilməmişdir. Belə ki, X8 özü də ifadəsində bildiridi ki, hadisə baş verən zaman o atla mal-qaranı körpüdən keçirərkən həmin körpüdən gələn–gedən avtomobilləri görmək mümkün olmur. Qəfildən avtomobil sürətlə gələrək onun mal-qarasına ziyanlıq vurmuşdur. Lakin o X1 həddinin aşması barədə sübut təqdim etmədi. Həmçinin Bərdə rayon Yol patrul xidmətinin baş inspektoru X13 X1 həddinin aşması barədə protokolun olmamasını bildirdi. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X6 əməlində İXM-nin 338.5.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə material ilə sübut olunur. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə inzibati tənbeh tətbiq olunarkən qanunvericiliyin mahiyyəti pozulmamış, yəni inzibati xətanı kimin tərəfindən törədildiyi aydın olur. Beləliklə məhkəmə qeyd edir ki, X6 şikayəti təmin olunmamalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinin TP ******* saylı xx.xx.2022-ci il tarixli qərarından X6 verdiyi şikayət təmin edilməsin, TP ******* saylı xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilsin. Qərar rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində qərar qəbul etmiş Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar