Məhkəmə qərarları › İş №3(021)-641/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-641/2022

16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-641/2022 16.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi, Bərdə rayon Yol Patrul Xidmətinin baş inspektoru X5, zərərçəkmiş X3 və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Bərdə şəhərində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 33, mənzil 47-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.4-cü maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 327.2, 332.1, və 332.4-cü maddələri ilə Bərdə rayon Yol Patrul Xidmətinin baş inspektoru X5 tərəfindən 16 may 2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur ondan ötəri ki, Şəxs İXM-nin 332.1, 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibаti xətаnı törətmişdir. Məhkəmə iclasında Bərdə rayon Yol Patrul Xidmətinin baş inspektoru X5 bildirdi ki, 11 may 2022-ci il tarixdə saat 19:50 radələrində Şəxs etibarnamə olmadan “KHAZAR” markalı, **-PT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Bərdə şəhəri, Çay sahili küçəsində hərəkətdə olarkən, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində hərəkətdə olan X2 idarə etdiyi VAZ 21104 minik markalı, ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkət zolağına çıxaraq toqquşmuş, nəticədə hər iki avtomobilə maddi ziyan dəymişdir. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Tərəfindən baş vermiş hadisə yerinə baxış keçirilmiş, sxem və foto şəkillər çəkilmiş, sürücülər sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmişdir. Hazırda Şəxs barəsində İXM-in 327.2, 332.1 və 332.4-cü maddələri ilə tərəfindən 16 may 2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib edərək məhkəməyə verilmişdir. Odur ki, protokolu müdafiə edərək baxılıb qanuni tənbehin seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü törətdiyi əməldə təqsirli bilərək izahatında göstərdi ki, 11 may 2022-ci il tarixdə saat 19:50 radələrində “KHAZAR SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə şəhəri, Ü.Hacıbəyov küçsəində hərəkətdə olarkən, əks istiqamətdə hərəkətdə olan VAZ 21104 minik markalı, ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkət zolağına çıxaraq toqquşmuşdur. Nəticədə avtomobilinə maddi ziyan dəymişdir. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Maddi imkanı olmadığından zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəməmişdir. Törətdiyi əməldən peşmandır. Dəymiş ziyanı ödəyəcəkdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs X3 izahatında göstərdi ki, 11 may 2022-ci il tarixdə saat 19:50 radələrində "xxxx" MMC-yə məxsus VAZ 21104 minik markalı, ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə şəhəri, Çay sahili küçəsində hərəkətdə olarkən, əks istiqəmətdə hərəkətdə olan Şəxs idarə etdiyi “KHAZAR” markalı, **-PT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkət zolağına çıxaraq toqquşmuş, nəticədə hər iki avtomobilə maddi ziyan dəymişdir. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Şəxs vurduğu ziyanı ödəməmişdir. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 327.2, 332.1 və 332.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. İnzibati xəta haqqında protokoldan müəyyən olunur ki, 11 may 2022-ci il tarixdə saat 19:50 radələrində Şəxs (nəqliyyat vasitəsinin etibarnaməsi olmadan) “KHAZAR” markalı, **-PT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə şəhəri, Çay sahili küçəsində hərəkətdə olarkən, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində hərəkətdə olan X2 idarə etdiyi VAZ 21104 minik markalı, ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkət zolağına çıxaraq toqquşmuşdur. Buna görə də Şəxs barəsində İXM-in 327.2, 332.1 və 332.4-cü maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 327.2, 332.1 və 332.4cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Bərdə rayon Yol Patrul Xidmətinin baş inspektoru X5 tərəfindən tərtib edilmiş 16 may 2022-ci il tarixli, İXP № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs 11 may 2022-ci il tarixdə saat 19:50 radələrində “KHAZAR” markalı, **-PT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə şəhəri, Çay sahili küçəsində hərəkətdə olarkən, Bərdə şəhəri, Ü.Hacıbəyov küçsəində hərəkətdə olan X2 idarə etdiyi VAZ 21104 minik markalı, ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkət zolağına çıxaraq yol nəqliyyat hadisəsi törətmiş və buna görə də barəsində İXM-in 327.2, 332.1 və 332.4-cü maddələri ilə protokol tərtib edilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 640 və 641 saylı, 11.05.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, hər iki sürücünün sərxoşluq əlaməti aşkar olunmamışdır. X1 Şəhadətnaməsinin surətindən VAZ 21104 minik markalı, ** BD *** dövlət qeydiyyat nömrə nişanlı minik markalı avtomobil X2 mülkiyyətindədir. X1 Şəhadətnaməsinin surətindən “KHAZAR” markalı, **-PT-*** dövlət qeydiyyat nömrə nişanlı minik markalı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir. İXM-nin 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. İXM-nin 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddələrində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, məhkəmə iclasında verilmiş izahatlara və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 327.2, 332.1 və 332.4-cü mаddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddələrində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddələrində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddələrində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən, Şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs 327.2, 332.1 və 332.4-cü mаddələri ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43,112,114,115,117,128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.4-cü maddələri ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş, zərəçəkmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar