Məhkəmə qərarları › İş №3(021)-645/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-645/2022

19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-645/2022 19.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə rayon icra şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Bərdə rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1989-cu ildə Bərdə şəhərində anadan olmuş, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olub yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, Müəyyən etdi: Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə verilmişdir. Bərdə rayon icra şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, borclu Şəxs həmin icra sənədləri üzrə dəfələrlə xəbərdarlıq olunmasına baxamayaraq borclu icra sənədlərinin icrasını tam təmin etməmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X9 oğlu izahat verərək göstərdi ki, borclu Şəxs dəfələrlə xəbərdarlıq olunamasına baxamayaraq borclu icra sənədlərinin icrasını təmin etməmiş, nəticədə 1690 manat aliment borcu yaranmışdır. Digər icra sənədi üzrə isə heç bir ödəniş etməmişdir. Həmçinin ödəniş qəbzini məhkəməyə təqdim edərək bildirdi ki, hazırda borclu yaranmış aliment borcundan 400 manat tələbkarın xeyrinə ödəmişdir. Buna görə də qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, maddi imkanı olmadığından X4 aliment borcunu tam ödəyə bilmir. Belə ki, fərdi əməklə məşğul olur və gündəlik qazancı azdır. Hazırda yaranmış aliment borcundan 400 manat tələbkarın xeyrinə ödəmişdir. Hər iki icra sənədi üzrə borcunu tez bir zamanda ödəyəcəkdir. Borcun bir hissəsini ödədiyini, himayəsində azyaşlı uşaqların olmasını nəzərə alıb barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil çıxışında bildirdi ki, vəkili olduğu şəxs Şəxs icra sənədləri üzrə borcu maddi imkansızlıqdan ödəməmişdir. Borcu tam ödəməsi üçün maddi imkanı yoxdur. Tələbkarın xeyrinə aliment borcundan hazırda 400 manat ödəmişdir. Odur ki, Şəxs maddi imkansızlığının nəzərə alınmasını və tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi aradan qalxdığı üçün icraata xitam verilməlidir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Bərdə Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(021)-771/2020 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 17.09.2014-cü il təvəllüdlü X1 üçün 16.12.2019-cu il tarixdən başlayaraq hər ay 130 manat məbləğində aliment tutulub iddiaçı X4 ödənilməlidir. Bundan başqa Bərdə Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(021)-1200/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs qızıl-zinət əşyaları və ya dəyəri olan 4200 manat manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq iddiaçı X4 ödənilməlidir. İnzibati işin materiallarına əlavə edilmiş 19 may 2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(021)-771/2020 saylı icra sənədi üzrə aliment borcundan tələbkar X3 xeyrinə 400 manat ödəmişdir. Azərbaycan Respublikası İXM-in (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar