Məhkəmə qərarları › İş №3(021)-645/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-645/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-645/2023 06.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X6 iclas katibliyi, Bərdə rayon Yol Patrul Xidmətinin inspektoru polis X3, zərərçəkmiş şəxs X1 və barəsində inzibati icraat aparılan şəxs Şəxs və vəkili X4 iştirakları ilə, xx.xx.1966-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu Güloğlular kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə Bərdə rayon Yol Patrul Xidmətinin inspektoru polis X7 tərəfindən 06 mart 2023-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:28 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi "X14" markalı **-VE-*** dövlət nömrə nişanlı minik avtomobili ilə H.Əliyev prospektində yol hərəkət qaydalarını pozaraq qəflətən yola çıxıb hərəkətdə olan X1 idarə etdiyi "Vaz 2107 minik " markalı 2BT953 dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş Bərdə rayonu YPX-nin baş inspektoru X7 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:28 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi "X14" markalı **-VE-*** dövlət nömrə nişanlı minik avtomobili ilə H.Əliyev prospektində yol hərəkət qaydalarını pozaraq qəflətən yola çıxıb hərəkətdə olan X1 idarə etdiyi "Vaz 2107 minik " markalı 2BT953 dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuşdur. "Vaz 2107 minik " markalı 2BT953 dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. Barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əməlinin məsuliyyətini dərk edir və etdiyi əməldən peşmandır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X8 həbslə əlaqədar omayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs X5 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 11:28 radələrində idarə etdiyi "Vaz 2107 minik " markalı 2BT953 dövlət nömrə nişanlı avtomobillə Bərdə rayon H.Əliyev prospektində hərəkətdə olarkən "Vaz 2107 minik " markalı 2BT953 dövlət nömrə nişanlı minik avtomobil qəflətən hərəkətə başlamış, nəticədə onların avtomobili toqquşmuş və avtomobilinə ziyan dəymişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 332.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə rayon Bərdə rayonu YPX-nin baş inspektoru X7 tərəfindən tərtib edilmiş 03 mart 2023-cü il tarixli, İXP № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibаti xətаnı törətmişdir. İnzibati işin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli №213 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, X5 hadisə zamanı sərxoş olmamışdır. İnzibati işin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli №212 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs hadisə zamanı sərxoş olmamışdır. İnzibati işin materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “VAZ 2107” minik markalı 02BT953 dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ ilə X2 məxsusdur. İnzibati işin materiallarına əlavə edilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs avtomobili idarə etmək hüququ vardır. İnzibati işin materiallarına əlavə edilmiş AE 900893 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X1 avtomobili idarə etmək hüququ vardır. İnzibati işin materiallarına əlavə edilmiş Yol –nəqliyyat hadisəsinin sxemindən görünür ki, VAZ 2107 02BT953 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə avtomobilin sol yan hissəsi əzilmişdir. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddələrində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə, məhkəmə iclasında verilmiş izahatlara və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 332.4-cü mаddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddələrində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddələrində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddələrində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən, Şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün X9 İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43,112,114,115,117,128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş, zərəçəkmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar