Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-647/2025 09.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1969-cu ildə ünvan 1ində doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1ində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22:00 radələrində ünvan 1ində yerləşən 08/512 repen nömrəli artezianı təlimata əsasən söndürmək üçün getmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ünvanına nəlayiq ifadələr işlətmişdir. Buna görə də xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xəta haqqında MN №2280972 nömrəli prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon polis şöbəsinin İTB-nin sahə rəisi X4 protokolu müdafiə edərək ifadəsində göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22:00 radələrində Bərdə rayon SMSİİ-nin sahə rəisi Zərərçəkmiş şəxs1, idarənin mantyorları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ünvan 1i ünvanda yerləşən 08/512 repen nömrəli artezianı təlimata əsasən söndürmək istəyərkən Şəxs onlara yaxınlaşmış və artezanı söndürməməyi tələb etmişdir. Onlar təlimata əsasən artezianı söndürdüklərini bildirdikdə Şəxs onların ünvanlarına nalayiq ifadələr işlədərək, atezianı söndürəcəkləri təqdirdə traktoru üzərlərinə sürəcəyini və onları cırıq-cırıq edəcəyini bildirməklə xırda xuliqanlıq hərəkətlərinə yol verdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN №2280972 nömrəli prоtоkоl protokol tərtib оlunаrаq baxılması üçün Bərdə rayon məhkəməsinə göndərilmişdir. Protokolu müdafiə edir və Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs izahatında göstərdi ki, ünvan 1ində yaşayır. Həmin kənddə özünə məxsus pay torpaq sahəsi vardır. Pay torpaq sahəsinə yonca əkmişdir. Kənd sakinləri sahəni suvarılmasını növbəyə düzmüşlər. Növbə onda olan gün yəni xx.xx.2025-ci il tarixdə, saat 22:00 radələrində subatrezianın yanında olduğu vaxt Bərdə rayon SMSİİ-nin sahə rəisi Zərərçəkmiş şəxs1, idarənin mantyorları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 subatreziana yaxınlaşmış, həmin vaxt o da onlara yaxınlaşmış və nə üçün gəldiklərini soruşmuşdur. Sahə rəisi Zərərçəkmiş şəxs1 idarə rəhbərinin təlimata əsasən saat 22-də artezianı söndürmək üçün gəldiklərini bildirmişdir. Onlara sahəni növbə ilə suvardıqlarını və onun nöbəsində suyu dayandırdıqları zaman onun sahəsinin suvarılmayacağını bildirmiş, lakin onlar təlimat olduğu bildirmişlər. Onlar israrla artezianı söndürəcəklərini bildirdikdə əsəbləşmiş, uca səslə onların ünvanlarına vicdansız və quqrumsaq kimi nalayiq ifadələr işlətmişdir. Onları qorxuzmaq məqsədilə “burada gözləyə bilərsiniizmi” sualını verib onları qorxuzmaq məqsədilə traktorla vuracağını nəzərdə tutub traktora yaxınlaşmış, onlar isə qorxularından hadisə yerindən uzaqlaşmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Bərdə rayon SMSİİ-nin sahə rəisi işləyir. xx.xx.2025-ci il tarixdə, saat 22:00 radələrində idarənin mantyorları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə birlikdə ünvan 1i ünvanda yerləşən 08/512 repen nömrəli artezianı təlimata əsasən söndürmək istəyərkən Şəxs onlara yaxınlaşmış və artezanı söndürməməyi tələb etmişdir. Onlar təlimata əsasən artezianı söndürdüklərini bildirdikdə Şəxs onların ünvanlarına nalayiq ifadələr işlədərək, atezianı söndürəcəkləri təqdirdə traktoru üzərlərinə sürəcəyini və onları cırıq-cırıq edəcəyini bildirməklə onları təhqir etmişdir. Sonra Şəxs traktoruna mindiyi zaman onun traktoru üzərlərinə sürəcəyindən qorxub oradan uzaqlamışlar. Şəxs onların ünvanlarına nəlayiq ifadələr işlətdiyinə və vəzifə səlahiyyətlərinə uyğun təlimatı yerinə yetirərkən onlara mane olduğuna görə barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Bərdə rayon SMSİİ-də mantyor işləyir. xx.xx.2025-ci il tarixdə, saat 22:00 radələrində idarənin ərazi üzrə sahə rəisi Zərərçəkmiş şəxs1 və mantyoru Zərərçəkmiş şəxs2 ilə birlikdə ünvan 1i ünvanda yerləşən 08/512 repen nömrəli artezianı təlimata əsasən söndürmək istəyərkən Şəxs onlara yaxınlaşmış və artezanı söndürməməyi tələb etmişdir. Onlar təlimata əsasən artezianı söndürdüklərini bildirdikdə Şəxs onların ünvanlarına nalayiq ifadələr işlədərək, atezianı söndürəcəkləri təqdirdə traktoru üzərlərinə sürəcəyini və onları cırıq-cırıq edəcəyini bildirməklə onları təhqir etmişdir. Sonra Şəxs traktoruna mindiyi zaman onun traktoru üzərlərinə sürəcəyindən qorxub oradan uzaqlamışlar. Şəxs onların ünvanlarına nəlayiq ifadələr işlətdiyinə və vəzifə səlahiyyətlərinə uyğun təlimatı yerinə yetirərkən onlara mane olduğuna görə barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Bərdə rayon SMSİİ-də mantyor işləyir. xx.xx.2025-ci il tarixdə, saat 22:00 radələrində idarənin ərazi üzrə sahə rəisi Zərərçəkmiş şəxs1 və mantyoru Zərərçəkmiş şəxs3 ilə birlikdə ünvan 1i ünvanda yerləşən 08/512 repen nömrəli artezianı təlimata əsasən söndürmək istəyərkən Şəxs onlara yaxınlaşmış və artezanı söndürməməyi tələb etmişdir. Onlar təlimata əsasən artezianı söndürdüklərini bildirdikdə Şəxs onların ünvanlarına nalayiq ifadələr işlədərək, atezianı söndürəcəkləri təqdirdə traktoru üzərlərinə sürəcəyini və onları cırıq-cırıq edəcəyini bildirməklə onları təhqir etmişdir. Sonra Şəxs traktoruna mindiyi zaman onun traktoru üzərlərinə sürəcəyindən qorxub oradan uzaqlamışlar. Şəxs onların ünvanlarına nəlayiq ifadələr işlətdiyinə və vəzifə səlahiyyətlərinə uyğun təlimatı yerinə yetirərkən onlara mane olduğuna görə barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş: Bərdə rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN №2280972 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində ünvan 1i ünvanda yerləşən 08/512 repen nömrəli artezianı təlimata əsasən söndürmək üçün getmiş Bərdə rayon SMSİİ-nin sahə rəisi Zərərçəkmiş şəxs1, idarənin mantyorları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ünvanına nəlayiq ifadələr işlədərək onları təhqir etmişdir. xx.xx.2025-ci il tarixli inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, Bərdə rayon SMSİİ-nin sahə rəisi Zərərçəkmiş şəxs1, Bərdə rayon SMSİİ-nin mantyorları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.1989-cu ildə doğulmuşdur. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.1966-cı ildə doğulmuşdur. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 xx.xx.1966-cı ildə doğulmuşdur. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs xx.xx.1969-cu ildə ünvan 1ində doğulmuşdur, Bərdə rayonu, Xanərəb Ərazi Dairəsinin Xanərəb kəndində qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22:00 radələrində xidməti vəzifələrinə uyğun olaraq ünvan 1ində yerləşən 08/512 repen nömrəli artezianı təlimata əsasən söndürmək üçün getmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlədib ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Belə olan halda inzibati xəta törədən şəxs Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirli bilinib, bаrəsində 50 manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi ilə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu mаddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, protokol tərtib edən şəxsə və zərərçəkmiş şəxslərə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-647/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-647/2025
09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver