Məhkəmə qərarları › İş №3(021)-648/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-648/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-648/2023 09.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Tabək Vaqif oğlunun katibliyi ilə, X2 tərəfindən Bərdə rayon Polis Şöbəsinin 16 fevral 2023-cü il tarixli EQ 13166077 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: X2 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş iznibati xətanın törədilməsinə dair tərtib olunmuş Bərdə rayon Polis Şöbəsinin 16 fevral 2023-cü il tarixli EQ 13166077 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və yazılmış 40 manat cərimənin silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə şikayətə və ona əlavə olunmuş sənədlərə baxaraq belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, X1 qərarı və tələbini əsaslandırdığı hallara dair hər hansı sübutları şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, X2 tərəfindən Bərdə rayon Polis Şöbəsinin 16 fevral 2023cü il tarixli EQ 13166077 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutub, QƏRARAALDİ: X2 tərəfindən Bərdə rayon Polis Şöbəsinin 16 fevral 2023-cü il tarixli EQ 13166077 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın . Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar