Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-648/2025 09.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X4 Bölməsinin polis sahə rəisi X6, zərərçəkmiş şəxslər X7 və X5, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “P-Aqro MMC-də traktorçu-maşınist işləyən, Bərdə rayonu Mustafağalı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki Şəxs 08 sentyabr 2025-ci il tarixdə Bərdə rayonu Mustafağalı kəndində uca səslə nəlayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə Rayon Polis X4 Bölməsinin polis sahə rəisi X9 məhkəmə iclasında göstərdi ki, 08 sentyabr 2025-ci il tarixdə bərdə rayon Polis Şöbəsinin DYPB-nin YPXB-nin ispektorları polis baş serjentları Səbuhi Bayramov, Rəşad Hətəmov və X15 rayonu Mustafağalı kəndində xidmətdə olan zaman Şəxs VAZ2107 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı manevr qaydalarını bir neçə dəfə kobudcasına pozduğu aşkar edilmişdir. Həmin şəxsə saxla işarəsi versələr də lakin sürücü onların saxla işarəsinə tabe olmayaraq avtomobili sürərək ərazidən uzaqlaşmış, Avtomobil polis əməkdaşları tərəfindən saxlanılmış sürücüyə yaxınlaşıb özlərini təqdim edərək inzibati hüququ pozuntusuna yol verdiyi bildirmiş, avtomobilin sənədlərini tələb edən zaman məlum olmuşdur ki, Şəxs avtomobili etibarnamə olmadan idarə edir. Həmin vaxt sürücüyə agvtomobilin duracağa yerləşdirilməli olduğu bilidrilsə də Şəxs ucadan səs küy salaraq, əlq-qol hərəkətləri edərək nəlayiq ifadələr işlədərək ərazidən qaçmaq istəmişdir. Polis əməkdaşlarıı onun Polis Şöbəsinə gətirilməsini təmin etmişlər.Bundan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə gətirmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, P-Aqro MMC-də traktorçuişləyir. 08.09 2025-ci il tarixdə iş yerindən çıxarkən iş yoldaşı Tahir ona maşınını sürərək onlara çörək almasını bildirmiş, o Tahirin maşını ilə yola çıxıb hərəkət edən zaman yolda X1 görmüş, etibarnaməsi olmadığından dönüb geri qayıdan zaman polis əməkdaşları onu saxlamış geri dönüb qayıtdığı üçün saxlamamış, polis əməkdaşları onu saxladaraq ondan sənədlərini tələb edərək içkili olub olmamasını soruşmuş, içkili olmadığını bildirmiş, bundan sonra polis əməkdaşları onu mal bazarında alver edir. 29 avqust 2025-ci il tarixdə mal bazarından gələn zaman tanışı ona meyvə, toyuq və digər ərzaqlar alıb gətirməsini xahiş etmişdir, həmin ərzaqları maşınına qoymuşdur. Yolda hərəkətdə olan zaman qohumu Sabirin evinə yaxınlaşaraq ondan ot almaq istəmişdir. Sabirin yaşadığı evə yaxınlaşıb maşından düşən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib polis maşınına yaxınlaşmasını və maşının sənədlərini təqdim etməyini bildirmişlər. Polis əməkdaşı ondan içkili olub olmamasını soruşmuş, o isə içki qəbul etmədiyini bildirmiş, polis əməkdaşları onu Polis Şöbəsinə gətirmiş, onlara heç bir müqavimət göstərməmişdir, ucadan səslə danışmamış, heç bir nalayiq ifadələr və söyüşlər işlətməmişdir. Yalnız polis əməkdaşları onun avtomobilini birinci dəfə saxladan zaman saxlamadığı üçün peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat verən X8 göstərdi ki, polis serjantı Rəşad Hətəmov və X15 rayonu Mustafağalı kəndində xidmətdə olan zaman Şəxs VAZ2107 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı manevr qaydalarını bir neçə dəfə kobudcasına pozduğu aşkar edilmişdir. Həmin şəxsə saxla işarəsi versələr də lakin sürücü onların saxla işarəsinə tabe olmayaraq avtomobili sürərək ərazidən uzaqlaşmış, Avtomobil polis əməkdaşları tərəfindən saxlanılmış sürücüyə yaxınlaşıb özlərini təqdim edərək inzibati hüququ pozuntusuna yol verdiyi bildirmiş, avtomobilin sənədlərini tələb edən zaman məlum olmuşdur ki, Şəxs avtomobili etibarnamə olmadan idarə edir. Həmin vaxt sürücüyə agvtomobilin duracağa yerləşdirilməli olduğu bilidrilsə də Şəxs ucadan səs küy salaraq, əlq-qol hərəkətləri edərək nəlayiq ifadələr işlədərək ərazidən qaçmaq istəmişdir. Bundan sonra polis əməkdaşları onu X16 gətirmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat verən X2 Səbuhi Fikrət oğlu ilə eyni məzmunlu izahat vermişdir. İnzibati iş materiallarına istinad: İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 sentyabr 2025-ci il tarixdə Bərdə rayonu Mustafağalı kəndində polisin tələbinə tabe olmayaraq yüksək səslə nalayiq ifadələr işlətməklə polisin qanuni tələbinə tabe olmamışdır. “İnzibati qaydada tutma haqqında” 08 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-cü ildə saat 13:30-da da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanıma haqqında qərardan görünür ki, X7 və X8 inzibati iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması sahəsində polis əməkdaşının vəzifələri 1) cinayətin və digər hüquqpozmanın qarşısının alınması, baş vermiş cinayət hadisəsinin aşkara çıxarılması və onu törədən şəxsin müəyyənləşdirilməsi, cinayəti doğuran səbəblərin öyrənilməsi və aradan qaldırılması üçün tədbirlər görmək. Azərbaycan Respublikasının İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 53-cü maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. 89.5. İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi yekun qənaət: Məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində xırda xuliqanlıq növündə inzibati xətanı törətməsi sübuta yetirilmir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi üzrə təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Şəxs İXM-in 535.1-ci mаddəsi ilə təqsirli bilinməlidir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə Şəxs tərəfindən inzibati xətanın törədilməsi üsulunu, eləcə də azadlıq hüququnun 24 saatdan artıq məhdudlaşdırıldığını nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 535.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 150 (yüz əlli) manat cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-648/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-648/2025
09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver