Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-65/2021 23.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə xx xxxxxx 1962-ci ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, işləməyən, Bərdə şəhəri, Sabir küçəsi ev 7-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)- 419/2017 saylı 06 iyun 2017-ci il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2829/2017 saylı 10 oktyabr 2017-ci il tarixli və Bərdə Rayon Məhkəməsinin 2(021)- 461/2018 saylı 07 fevral 2018-ci il tarixli icra sənədlərini icra etməmiş, icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli icra sənədinə əsasən X7 6320 manat, Gəncə Apellyasiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli icra sənədinə əsasən X8 3096 manar, Bərdə Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli icra sənədinə görə isə X3 2010 manat pul ödəməlidir. Maddi vəziyyətinə görə tələbkarlara borclu olduğu pulları ödəyə bilməmişdir. Axtarışda olduğundan 22 yanvar 2021-ci ildə saat 1300 radələrində polis əməkdaşları onu saxlayaraq Bərdə rayon İcra və Probasiya şöbəsinə gətirmişlər. İmkanı olanda borclarını ödəyəcəyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 6320 manat pul alınaraq X7, Gəncə Apellyasiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli icra sənədinə əsasən 3096 manat pul alınaraq X8, Bərdə Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli icra sənədinə görə isə 2010 manat pul alınaraq X3 ödəməlidir. Borclunun onun qanuni tələblərinə tabe olmadığını, məhkəmənin qanuni qüvvəsini almış qətnamələrini heç bir üzürlü səbəb olmadan icra etmədiyini və qaçıb gizləndiyini, həmin səbəbdən borclu barəsində axtarış elan edildiyini, Şəxs 22 yanvar 2021-ci ildə saat 1300 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq bu gün Bərdə rayon İcra və Probasiya şöbəsinə gətirildiyini qeyd edərək Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 07 may 2014-cü il tarixli 2(021)-734/2014 saylı icra vərəqəsindən müəyyən olunur ki, 02 noyabr 2006-cı ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 04 aprel 2014-cü ildən başlayaraq cavabdeh Şəxs hər ay 50 manat miqdarında aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli 2(021)- 419/2017 saylı icra vərəqəsindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, Şəxs 6320 manat və iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 19,40 manat alınaraq iddiaçı X7 verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli 2(104)-2829/2017 saylı icra vərəqəsindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, Şəxs 3096 manat zərərin əvəzi və 30 manat dövlət rüsumunun alınaraq X8 verilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli 2(021)-461/2018 saylı icra vərəqəsindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, cavabdeh Şəxs 2010 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı və icra məmurunun izahatları, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 23 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə iclasında məlum olmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 06 iyun 2017ci il tarixli 2(021)-419/2017 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 6320 manat pul alınaraq X7, Gəncə Apellyasiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli 2(104)- 2829/2017 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 3096 manat pul alınaraq X8 və Bərdə Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 2010 manat pul alınaraq X3 verilməli olduğu halda, borclu tələbkarlara olan borclarını ödəməmiş, borclarını ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkarlara olan borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədləri uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 22 yanvar 2021-ci ildə saat 1300-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 22 yanvar 2021-ci il tarixdən saat 1300-dan hesablanmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 528.1, 360, 362-365, 425, 430- 432-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 22 yanvar 2021-ci il tarixdən saat 1300-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-65/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-65/2021
23.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver