Məhkəmə qərarları › İş №3(021)-65/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-65/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-65/2025 03.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxslər X3 və X6 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bərdə rayonu Şorəlli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri Bakı küçəsində uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X9 Təhlükəsizlik Bölməsinin sahə rəisi X7 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Bərdə rayonu Bakı küçəsində Bərdə RPŞ-nin YPXB-nin baş inspektoru polis leytenanatı Elsevər Nəbiyev ilə xidmətdə olan zaman, VAZ 2107 markalı ** BH *** DQN avtomobildə konstruksiya dəyişikliyi olduğu tərəfindən aşkar edilmişdir. Həmin zaman avtmobilə saxla işarəsi vermişlər və həmin şəxs Bərdə şəhəri Megastore mağazasının qarşısında avtomobili saxlamışdır. Şəxsə özlərini təqdim etdikdən sonra avtomobildə dəyişiklik olduğundan duracağa yerləşdirilməli olduğunu bildirmişlər. Həmin şəxs avtomobilin şəhid ailəsinə məxsus olduğunu, avtomobil sahibini çağıracağını bildirərək, avtomobilin qapılaranı bağlayıb mağazaya daxil olmuşdur. Onun qanuna tabe olmadığı bildirdikləri zaman ucadan səs-küy salaraq ətrafdakıların diqqətini cəlb etməyə başlamışdır. İctimai yerdə uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Onlar onu polis şöbəsinə dəvət etmişlər. Orada şəxsin Şəxs olduğu məlum olmuşdur. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, o çörək almaq üçün getmişdir. Mega Store mağazasının yanında inspektor ona yaxınlaşaraq, dedi ki duracağa getməlidirlər. O qaçmamışdır, avtomobilin sahibi ona avtomobili idarə etməsi üçün etibarnamə vermişdir. Belə ki özü yaxşı sürə bilmir. Avtomobil onun deyildir. Baş verənlərin video görüntüləri vardır. Verilən suallara cavab olaraq bildirdi ki, o ucadan səs-küy salmamış, avtomobildən uzaqlaşaraq avtomaşının sahibinin gəlməsini gözləmələrini YPX əməkdaşlarına bildirmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərşəkmiş şəxs X5 verdiyi izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Bərdə rayonu Bakı küçəsində Bərdə RPŞ-nin YPXB-nin əməkdaşları ilə VAZ 2107 markalı ** BH *** DQN avtomobildə konstruksiya dəyişikliyi və işıq cihazlarının düzgün quraşdırılmadığını aşkar edərək avtomobili saxlamışlar. Avtomobilin sürücüsü Şəxs olmuşdur. Şəxsə avtomobilin duracağa yerləşdirməli olmalarını bildirdikləri zaman, o qanuna tabe olmayaraq zaman ucadan səs-küy salaraq ətrafdakıların diqqətini cəlb etməyə başlamışdır. Məhkəmədən qanunamüvafiq tətbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 Elsevər Qabil oğlunun izahatına uyğun izahat verdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X9 Təhlükəsizlik Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib edilmiş protokol İXM-nin 535.1-ci hissəsində qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, zərərçəkmişlərin şəxsin izahatı, iş materiallarına əlavə edilmiş CD disk, protokol tərtib etmiş sahə müvəkilinin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli xx.xx.2025 il il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Qeyd olunmalıdır ki, iş materiallarına əlavə olunmuş CD diskdəki video görüntülərə əsasən müəyyən olunur ki, Şəxs YPX əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla avtomaşının qapısını bağlayaraq uzaqlaşmaqla İXM-nin 535.1-ci maddəsində göstərilmiş inzibati xətanı törədir. Lakin bu zaman Şəxs ucadan nalayiq ifadələrə yol vermir, ictimai qaydanı pozmur. Bu səbəbdən onun barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 31.4-1-ci maddəsinə istinadən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbs tətbiq edilməlidir. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq , məhkəmə QƏRARAALDİ

1. Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin.

2. Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun.

3. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın.

4. İnzibati həbs etmənin əvvəli 02 fevral 2025-ci il tarixdən saat 19:45-dən hesablansın.

5. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar