Məhkəmə qərarları › İş №3(021)-650/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-650/2023

15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-650/2023 15.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1/2/2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X2 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN0758738 nömrəli qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X4 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X2 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN0758738 nömrəli qərarı ilə X4 İXM-in 253-1.2.2-ci maddəsi ilə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan X4 məhkəməyə şikayət verərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X2 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN0758738 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X2 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN0758738 nömrəli qərarı ilə İXM-in 253-1.2.2-ci maddəsi ilə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, həmin protokol əsassız yazılmışdır. Belə ki, kəsilmiş ağacları o kəsməmiş, ağacları kimin kəsməsindən xəbəri olmamışdır. Həmin vaxt onu aldadaraq hal şahidi kimi sənədə imza etməsini bildirdiklərindən latın qrafikası ilə oxuya bilmədiyindən sənədi imzalamışdır. Halbuki, həmin protokol oxunmalı, izah edilməli bundan sonra imza etdirilməliydi. Bütün bunların heç biri olmadan ona əsassız cərimə yazılmışdır. 86 yaşı var, 2 dəfə cərrahi əməlyyat olunmuş, yüksək qan təziqli və şəkərli diabet xəstəsidir. 3 kiloqramdan ağır yük götürə bilmir. Bu halda ağacları kəsib gizlətməsi mümkün deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, X4 barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X2 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN0758738 nömrəli inzibati tənbehvermə haqqında qərarından qanunla müəyyən edilmiş şikayət müddəti şikayət verən şəxs tərəfindən üzürsüz səbəbdən buraxılmışdır və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə müvafiq qərardadla şikayətçi X3 geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 qərardan şikayət vermə müddətini buraxmasının üzrlü səbəbləri barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, X4 qərardan şikayətlə birlikdə buraxılmış müddətin bərpasına dair vəsatət təqdim etməli və həmin vəsatətdə müddətin üzürlü səbəbdən buraxılmasını əsaslandırmalı və bununla bağlı mötəbər sübutları vəsatətə əlavə etməli idi. Lakin, iş materiallarında şikayət verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsi barədə vəsatət və bununla bağlı mötəbər sübutlar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərardan şikayət vermə müddəti şikayət verən şəxs X4 tərəfindən üzürsüz səbəblərdən buraxılmış, həmçinin adı çəkilən şəxs tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Qeyd edilənləri və İXM-in 130-cu maddəsini nəzərə alaraq məhkəmə QƏRАRА АLDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X2 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar