Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-650/2025 10.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, icra məmuru X2, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Ş/V: AA*******, xx.xx.1990-cı il tarixdə Tərtər rayonu, Köçərli kəndində doğulmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Tərtər rayonu, Köçərli Ərazi Dairəsinin Köçərli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və probasiya şöbəsi tərəfindən 10 sentyabr 2025-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il taixli, 2(104)-2216/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 12000 manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməlidir. Tərtər rayon icra və probasiya şöbəsi tərəfindən icra sənədi üzrə müvafiq olaraq icraata başlanılmş, aparılmış icra hərəkətləri nəticəsində borc məbləğində borclu tərəfindən tələbkarın xeyrinə ödənişlər edilmişdir. Tələbkar Zərərçəkmiş şəxs Tərtər rayon icra və probasiya şöbəsinə etiraz vermiş və icra sənədi icra edilməsi üçün Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icrratına daxil olduqdan sonra icra səndinin icrası ilə bağlı tərəflərə məlumat göndərilmiş, borclu Şəxs borcun könüllü ödəməsi üçün bildiriş göndərilmişdir. Borclunun əmlak və gəlirlərinin müəyyən edilməsi məqsədi ilə sorğular verilmiş, borclu Şəxs mülkiyyətində Tərtər rayonu, Köçərli kəndində yerləşən 0,29 ha torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Tərtər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(061)-5/2024 saylı qərardadı ilə borclu Şəxs məxsus Tərtər rayonu, Köçərli kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsinin 1/8 hissəsinin yəni 0,03625 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Sonra torpaq sahəsi "xxxx" MMC tərəfindən 5445 manat məbləğində qiymətləndirilmişdir. İlk öncə torpaq sahəsi tələbkara təklif olunmuş, lakin tələbkar qəbul etməmişdir. Bundan sonra tələbin həmin torpaq sahəsinə yönəldilməsi üçün hərraca çıxarılmış, lakin satışının həyata keçirilməsi mümkün olmamışdır. Keçən müddət ərzində icra tədbirləri zamanı məhkəmənin qərardadı ilə borclunun ölkədən ketmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, borclu barəsində inzibati protokollar tətib olunaraq məhkəməyə verilmiş, məhkəmənin qərarı ilə barəsində inzibati həbs və cərimə tənbehləri tətbiq edilmişdir. Hazırda borclunun İİİ qrup əlil olduğu və 180 manat müavinət aldığı müəyyən edilmişdir. Tələb borclunun müavinətinə yönəldiləcək və tutmalar aparılacaq. Borclu hər ay 100 manat ödəyir. Hazırda icra sənədi üzrə borclunun tələbkara 8550 manat borcu yaranmışdır. Tələbkar borcun ödənilməsini tələb edir. Lakin borclu borcun tam birdəfəlik ödənilməsindən yayınmış və icra məmurunun qanuni tələblərinin yerinə yetirməmişdir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs 12000 manat pul ödəməlidir. Səhhəti ilə əlaqədar İİİ qrup əlildir. Fərdi əməklə məşğul olmaq qabiliyyəti yoxdur. İcra sənədi üzrə borcdan müxtəlif vaxtlarda tələbkara ödəmiş, lakin maddi imkanı olmadığından tam olaraq borcu ödəyə bilməmişdir. Hazırda icra sənədi üzrə tələbkara 8550 manat borcu vardır. Tələbkara qalan borcunu isə hissə-hissə ödəyəcəkdir. Odur ki, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, icra sənədinə əsasən borclu Şəxs 12000 manat pul alınaraq öna verilməlidir. Borclu müxtəlif vaxtlarda borcdan cəmi 3450 manat ödəniş etsə də tam olaraq icra sənədi üzrə borcu ödəməmişdir. Borclunun adına olan 0,03625 ha həyətyanı torpaq sahəsi ona təklif olunmuş, lakin həmin torpaq sahəsi əkin-biçinə az olduğu üçün qəbul etməmişdir. Hazırda icra sənədi üzrə borclunun ona 8550 manat borcu qalmışdır. Borcun ödənilməsini tələb edir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibati materiala əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş; Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il taixli, 2(104)-2216/2021 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 12000 manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməlidir. xx.xx.2022-ci il tarixli icraata başlama haqqında Qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il taixli, 2(104)-2216/2021 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya icra sənədini könüllü olaraq icra etməsi üçün 10 gün müddət verilmişdir. xx.xx.2023-cü il tarixli (tələbin könüllü icrası haqqında) bildirişdən görünür ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il taixli, 2(104)-2216/2021 saylı icra sənədi üzrə yaranmış borcu könüllü olaraq ödəməsi üçün 10 gün müddət verilmişdir. Tərtər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(061)-535/2022 saylı qərarından görünür ki, İmanov X7 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Tərtər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(061)-198/2022 saylı qərardadından görünür ki, icra məmuru X3 xx.xx.2022-ci il tarixli təqdimatına əsasən borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Tərtər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(061)-483/2024 saylı qərarından görünür ki, İmanov X7 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 600 manat inzibati qaydada cərimə olunmuşdur. Tərtər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(061)-5/2024 saylı qərardadından görünür ki, icra məmuru X3 təqdimatına əsasən Şəxs mülkiyyətində olan Tərtər rayonu, Köçərli kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsinin 1/8 hissəsinin yəni 0,03625 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarə etmə Birliyi” X12 “Tərtər rayon Mərkəzi Xəstəxanası” X10 direktoru Sərxan Cəlahani tərəfindən Tərtər rayon icra və probasiya şöbəsinə verilmiş cavabddan görünür ki, Şəxs – sol bud sümüyünün odlu silah yaralanmasından sonrakı vəziyyəti, bud sümüyünün sümük deffekti psevdoartoru diaqnozu qoyuldu. Xəstəyə təkrar cərrahi əməliyyat olunması. Sümük bərpa plastika əməliyyatı, ilizarov aparatı ilə osteosintezi məsləhət görüldü. Şəxs əmək qabiliyyətsiz hesab edilir. Zərərçəkmiş şəxs Bərdə rayon icra və probasiya şöbəsinə verdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Tərtər rayonu, Köçərli kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsinin 1/8 hissəsinin yəni 0,03625 ha həyətyanı torpaq sahəsinin hərraca çıxarılmasında iştirak etməkdən və torpaq sahəsini qəbul etməkdən imtina etmişdir. Daşınar və Daşınmaz Əmlakların Satışı X11 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 01/686 saylı “Elektron hərrac” Portalı vasitəsi ilə Açıq hərracın keçirilməsi haqqında 01 saylı bildirişdən, xx.xx.2025-ci il tarixli, 01/827 saylı “Elektron hərrac” Portalı vasitəsi ilə Açıq hərracın keçirilməsi haqqında 02 saylı bildirişdən və xx.xx.2025-ci il tarixli, 01/880 saylı “Elektron hərrac” Portalı vasitəsi ilə Açıq hərracın keçirilməsi haqqında 02 saylı bildirişdən görünür ki, Tərtər rayonu, Köçərli kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsinin 1/8 hissəsinin yəni 0,03625 ha həyətyanı torpaq sahəsi ilkin olaraq 5445 manat məbləğində hərraca çıxarılmışdır. xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, icra sənədi üzrə Şəxs yaşadığı Tərtər rayonu, Köçərli kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, 1 baş iri buynuzlu mal-qar aşkar edilmiş və üzərinə həbs qoyularaq saxlanc üçün Şəxs təhvil verilmişdir. Baxış keçirilərkən gündəlik tələbata uyğun əmlakdan başqa üzərinə həbs qoyulacaq heç bir əmlak aşkar edilməmişdir. Bərdə rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(021)-344/2025 saylı qərardadından görünür ki, Şəxs həyətində müəyyən edilmiş 1 baş iri buynuzlu mal-qar üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməmişdir. Tərtər rayon icra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, tələbkar Zərərçəkmiş şəxs etirazına əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il taixli, 2(104)-2216/2021 saylı icra sənədi icra olunması üçün Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş 10 sentyabr 2025-ci il tarixli, MN №2327052 nömrəli protokoldan görünür ki, borclu Şəxs icra sənədinə əsasən 8550 manat borcu vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs müddət keçməsinə baxmayaraq icra sənədi üzrə borcunu heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, borclu məhkəmənin icra sənədlərini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə görə Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci mаddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci mаddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini və İİİ qrup əlil olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarı). Belə olan halda, İXM-in 528.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 500 manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi ilə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, protokol tərtib edən şəxsə və zərərçəkmiş şəxslərə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-650/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-650/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver