Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-651/2022 23.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X10 iclas katibliyi, Bərdə RPŞ-nin polis sahə rəisi, X7, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1994-cü il tarixdə Bərdə şəhərində аnаdаn оlmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Bərdə şəhəri, H.Aslanov küçəsi ev 34-də qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN 1415001, MN ******* və MN ******* saylı inzibati xəta haqqında materiallara baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13.04.2022-ci il tarixdə Bərdə rayonu, Muğanlı kəndi ərazisində yerləşən X2 məxsus pay torpaq sahəsinin kənarında yerləşən Elektrik transformatorundan M2 saylı su artezian quyusuna gedən 3 ədəd 6 metr olmaqla cəmi 18 metr uzunluğunda 54 manat dəyərində olan elektrik kabellərini kəsərək oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20.04.2022-ci il tarixdə Bərdə şəhəri, Sənaye küçəsində yerləşən evin həyətində olan X12 məxsus dəyəri 30 manat olan 3 ədəd 10 litrlik alminum qazanı və 5 manat dəyərində 1 ədəd işlənmiş çuqun tavanı oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14.05.2022-ci il tarixdə Bərdə rayon Pambıq zavodun həyətində məskunlaşan X5 məxus cəmi dəyəri 80 manat olan 10 ədəd toyuqları oğurlamışdır. Bərdə rayon Məhkəməsinin 3(021)-651/2022 saylı, 23 may 2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-651/2022, 3(021)-652/2022 və 3(021)-653/2022 saylı inzibati işlər bir icraatda 3(021)-651/2022 sayla baxılması qərara alınmışdır. Məhkəmə iclasında Bərdə RPŞ- nin polis sahə rəisi X13 bildirdi ki, Şəxs 13.04.2022-ci il tarixdə Bərdə rayonu, Muğanlı kəndi ərazisində yerləşən X2 məxsus pay torpaq sahəsinin kənarında yerləşən Elektrik transformatorundan M2 saylı su artezian quyusuna gedən 3 ədəd 6 metr uzunluğunda olan cəmi 18 metr uzunluğunda 54 manat dəyərində elektrik kabellərini kəsərək oğurlamışdır. Bundan başqa o, 20.04.2022-ci il tarixdə Bərdə şəhəri, Sənaye küçəsində yerləşən evin həyətində olan X12 məxsus dəyəri 30 manat olan 3 ədəd 10 litrlik alminum qazanı və 5 manat dəyərində 1 ədəd işlənmiş çuqun tavanı, 14.05.2022-ci il tarixdə Bərdə rayon Pambıq zavodun həyətində məskunlaşan X6 məxus cəmi dəyəri 80 manat olan 10 ədəd toyuqları oğurlamışdır. Ona görə də barəsində İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə verilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verib bildirdi ki, maddi imkansızlıqdan 13.04.2022-ci il tarixdə Bərdə rayonu, Muğanlı kəndi ərazisində yerləşən X2 məxsus pay torpaq sahəsinin kənarında yerləşən Elektrik transformatorundan M2 saylı su artezian quyusuna gedən 3 ədəd 6 metr uzunluğunda olan cəmi 18 metr uzunluğunda 54 manat dəyərində elektrik kabellərini kəsərək oğurlamış, bundan başqa 20.04.2022-ci il tarixdə Bərdə şəhəri, Sənaye küçəsində yerləşən evin həyətində olan X12 məxsus dəyəri 30 manat olan 3 ədəd 10 litrlik alminum qazanı və 5 manat dəyərində 1 ədəd işlənmiş çuqun tavanı, 14.05.2022ci il tarixdə Bərdə rayon Pambıq zavodun həyətində məskunlaşan X6 məxus cəmi dəyəri 80 manat olan 10 ədəd toyuqları oğurlamışdır. Əməlindən peşman olmasının nəzərə alınmasını xahiş edərək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, Şəxs 14.05.2022-ci il tarixdə məskunlaşdığı Bərdə rayon Pambıq zavodun həyətində yerləşən evinin həyətindən cəmi dəyəri 80 manat olan 10 ədəd toyuqları oğurlamışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Şəxs vurduğu ziyanı tələb edir. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati tədbir görülməsini xahiş etdi. Digər zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə zərərçəkmiş şəxslər X3 və X11 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, işdə olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında 22.04.2022-ci tarixli qərarından görünür ki, 13.04.2022-ci il tarixdə X1 Bərdə rayonu, Muğanlı kəndi ərazisində yerləşən pay torpaq sahəsinin kənarında yerləşən Elektrik transformatorundan M2 saylı su artezian quyusuna gedən 3 ədəd 6 metr olmaqla cəmi 18 metr uzunluğunda 54 manat dəyərində olan elektrik kabellərini kəsilərək oğurlanması barədə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. İşdə olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında 30.04.2022-ci tarixli qərarından görünür ki, 20.04.2022-ci il tarixdə X11 Bərdə şəhəri, Sənaye küçəsində yerləşən evin həyətində olan dəyəri 30 manat olan 3 ədəd 10 litrlik alminum qazanı və 5 manat dəyərində 1 ədəd işlənmiş çuqun tavanı oğurlanması barədə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. İşdə olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında 20.05.2022-ci tarixli qərarından görünür ki, 14.05.2022-ci il tarixdə X4 məskunlaşdığı Bərdə rayon Pambıq zavodun həyətində olan cəmi dəyəri 80 manat olan 10 ədəd toyuqları oğurlanması barədə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında 22.05.2022-ci il tarixli Protokoldan görünür ki, Şəxs 22.05.2022-ci il tarixdə 12:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, ona 2 (iki) ay inzibati tənbeh-həbs tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,114, 128-130-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı: Şəxs İXM-in 227-ci mаddəsi ilə təqsirli bilinərək, bаrəsində 02 (iki) ay müddətinə inzibаti tənbeh-həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 22 may 2022-ci il tаrixdən, saat 12:30–dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti elan edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikаyət verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-651/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-651/2022
23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver