Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-652/2023 09.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X6 iclas katibliyi, protokol tərtib etmiş şəxs Bərdə rayon İcra və Pobasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, 12 avqust 1983-cü ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Laçın rayonu Hacıxanlı kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu Xantorpaq qəsəbəsində məskunlaşan Şəxs (AA*******) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci mаddəsi ilə inzibаti xətа haqqında Bərdə rayon İcra və Probasiya Şöbəsində 09 mart 2023-cü il tarixdə, MN № ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, Xocalı Rayon Məhkəməsinin 2(070)-1251/2019 saylı, 21 noyabr 2019-cu il tarixli icra sənədi üzrə borclunun 1700 manat aliment borcu yaranmışdır. Bununla da Şəxs İXM 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 verdiyi izahatında göstərdi ki, Xocalı Rayon Məhkəməsinin 2(070)-1251/2019 saylı, 21 noyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən Xocalı Rayon məhkəməsinin 2(070)-7/2012 saylı, 09 yanvar 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 17 noyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay 100 manat sabit pul məbləğində aliment iddiaçı X7 ödənilməlidir. İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o borcunu tam ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmurunun çağrışlarına gəlməmişdir, bu səbəbdən də Şəxs barəsində axtarış elan edilmiş, polis əməkdaşları tərəfindən Şəxs İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Sədrlik edənin sualına cavab olaraq icra məmuru Məhəmmədəli Qasımzadə hazırda icra işinin icra məmuru Mahru Nağıyevanın icraatında olduğunu, borclunun 3 dəfə axtarışda olduğunu, sonuncu dəfə bu ilin yanvar ayından axtarışda olmasını, icra məmuru tərəfindən borclunun yaşadığı yerə baxış keçirildiyini və hər hansı əmlakının aşkar edilmədiyini, ümumilikdə Şəxs 4800 manat aliment borcunun olduğunu və bugünədək 3100 manat aliment borcunun ödənildiyini, inzibati xəta törədən şəxsin bugünkü gün 1700 manat aliment borcu olduğunu və hazırda 300 manat ödəniş etmək istədiyini, lakin icra işi üzrə tələbkarın həmin ödənişə razı olmayaraq 1700 manat aliment borcunun Şəxs tərəfindən birdəfəyə ödənilməsini tələb etdiyini qeyd etdi və buna görə də barəsində İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirdi ki, icra sənədi üzrə 200 manat, sonuncu dəfə 2023-cü ilin yanvar ayında isə 150 manat ödədiyini bildirdi. Demək olar ki, hər ay ödənişlər etmişdir. Yalnız yanvar ayında xəstələnmişdir, lakin buna baxmayaraq 150 manat ödəmişdir. Məhkəmə iclasında 300 manat ödəyir. Hal-hazırda çobanlıq edir və geri qalan məbləği hər ay 150- 200 manat olmaqla ödəyəcəyinə söz verir. İcra və Probasiya Şöbəsi tərəfindən ona aliment borcunun ödənilməsi barədə heç bir rəsmi xəbərdarlıq edilməmişdir. Axtarışda olmasından məlumatı olmamışdır. Belə ki, əvvəlki mobil telefon nömrəsi xarab olduğundan işləməmişdir. Hazırda nömrəsini dəyişmişdir və həmin nömrə işləkdir. Laçın rayon polis şöbəsinin əməkdaşı ona zəng vuran kimi dərhal onunla birlikdə Bərdə rayon İcra və Probasiya Şöbəsinə, oradan isə məhkəməyə gəlmişdir. Əvvəllər maddi imkanı olmadığına görə aliment borcunu tam ödəyə bilməmişdir. Hər ay müxtəlif məbləğlərdə ödənişlər etmişdir. Barəsində olan məhkəmə qərarı üzrə aliment borcunu ödəməkdən heç bir zaman boyun qaçırmır və məhkəmə qərarı üzrə qərəzli olmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, X5 barəsində İXM-in 528.1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti xəta haqqında iş üzrə icraatın mаteriаllarına əlаvə edilmiş: İş materiallarında olan icra sənədindən görünür ki, Xocalı Rayon Məhkəməsinin 2(070)- 185/2019 saylı, 21 noyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən Xocalı Rayon Məhkəməsinin 2(070)-7/2013 saylı, 09 yanvar 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 17 noyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay 100 manat sabit pul məbləğində aliment iddiaçı X7 ödənilməlidir. İş materiallarında olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 04 may 2020-ci il tarixli icraata başlama haqqında qərarından və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Xocalı rayon Məhkəməsinin 2(070)-7/2013 nömrəli, 09 yanvar 2013-cü il tarixli icra sənədi üzrə icraata başlanmış, Şəxs tələbin könüllü olaraq təmin edilməsi təklif edilmişdir. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 09 mart 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs müvafq icra sənədinə əsasən ödəməli olduğu aliment borcunu ödəməyərək icra sənədinin tələblərini yerinə yetirməmişdir. İş materiallarına olan 09 mart 2023-cü il tarixli məktubdan görünür ki, Şəxs Laçın rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Şəxs 13 yanvar 2023-cü il tarixdə 150 manat ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Xocalı rayon Məhkəməsinin 2(070)-185/2019 nömrəli, 21 noyabr 2019-cu il tarixli icra sənədi üzrə 1700 manat borcu yaranmış. Həmin icra sənədi üzrə icraata başlanılmış, inzibati xəta törədən şəxsə icra sənədinin könüllü icrası üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. Lakin, Şəxs icra sənədi üzrə mütəmadi ödənişlər etmiş və bir müddət ödəniş etməməyinin səbəbi işsiz və maddi gəlirinin zəif olması, habelə xəstələnməsi ilə əlaqədar olmuşdur. Bundan başqa iş materiallarına yalnız icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş əlavə edilmiş və həmin bildiriş 04 may 2020-ci il tarixdə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsə göndərilmiş, həmin sənədlərin onun tərəfindən qəbul edilməsi, habelə həmin tarixdən sonrakı dövrdə Şəxs borcun tam ödənilməməsi halında barəsində görüləcək tədbirlər, onun əmlakının axtarılması və tələbin təmin edilməsi məqsədilə “İcra haqqında” qanunla nəzərdə tutulmuş digər tədbirlərin icra məmuru tərəfindən həyata keçirilməsi, Şəxs yaşadığı evə baxış keçirilməsi və bununla bağlı müvafiq akt tərtib edilməsi, Şəxs etdiyi ödənişlər barədə qəbzlərin surəti, inzbati xəta törədən şəxsin axtarışda olmasına dair qərarların qəbulu və icra edilməsi üçün ərazi aidiyyatı üzrə polis orqanına göndərilməsi, onun barəsində ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın məhkəməyə verilməsi, habelə Şəxs barəsində İXM-nin 528-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyət, eləcə də Azərbaycan Respublikasının CM-nin 306-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyəti daşıması barədə xəbərdarlıq edilməsinə dair iş materiallarına heç bir sənəd icra məmuru tərəfindən əlavə edilməmişdir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokola əlavə edilmiş icra işinin materiallarından icra işinin hazırda hansı icra məmurunun icraatında olması məlum olmur. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallardan icra sənədinin icrasını təmin etmək məqsədilə “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş borclu olan hazırki iş üzrə inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs barəsində bütün məcburi icra tədbirlərinin görülməsi və həmin qanunun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsi müəyyən edilmir. Beləliklə, iş materiallarından Şəxs icra sənədini qəsdən icra etməməsi və ya icra etməməkdə qərəzinin olması sübuta yetirilmir. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmurunun çağırışlarına hər zaman gəldiyini, telefon nömrəsinin xarab olması səbəbindən yenisi ilə əvəz etməsini və polis əməkdaşının ona zəng vuran kimi dərhal polis əməkdaşı ilə birlikdə icra şöbəsinə gəldiyini bildirmişdir ki, bu da onun icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırma kimi qiymətləndirilə bilməz. Həmçinin, Şəxs hazırki vaxtadək hər ay mütəmadi ödənişlər etməsi müəyyən edilmiş, məhkəmə iclasında aliment borcundan 300 manat ödəniş edəcəyini və geri qalan məbləğin hər ay 150-200 manat olmaqla ödəyəcəyinə söz vermişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 27.1-ci maddəsinə görə icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. 27.3-cü maddəsinə görə axtarış icra sənədinin icra olunduğu yer və ya borclunun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə yaxud onun əmlakının olduğu yer üzrə, habelə tələbkarın yaşayış yeri (olduğu yer) üzrə elan edilir. 27.4-cü maddəsinə görə borclu fiziki şəxsin və uşağın axtarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 27.5-ci maddəsinə görə borclu hüquqi şəxsin habelə borclu hüquqi və fiziki şəxslərin əmlakının axtarılması icra məmurları tərəfindən həyata keçirilir. 43.1-ci maddəsinə görə məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs icra sənədi üzrə icranı qərəzli gecikdirməsindən və əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. Buna görə də hazırki iş üzrə icraata xitam verilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə, yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinin Cinayət Kollegiyasına аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim:Fuad Babaşov.
Məhkəmə qərarları › İş №3(021)-652/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-652/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver