Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-653/2022 23.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, xx.xx.1994-cü il tarixdə Bərdə şəhərində аnаdаn оlmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Bərdə şəhəri, H.Aslanov küçəsi ev 34-də qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 3(021)-651/2022, 3(021)- 652/2022 və 3(021)-653/2022 saylı inzibati xəta haqqında materiallara baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13.04.2022-ci il tarixdə Bərdə rayonu, Muğanlı kəndi ərazisində yerləşən X1 məxsus pay torpaq sahəsinin kənarında yerləşən Elektrik transformatorundan M2 saylı su artezian quyusuna gedən 3 ədəd 6 metr olmaqla cəmi 18 metr uzunluğunda 54 manat dəyərində olan elektrik kabellərini kəsərək oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20.04.2022-ci il tarixdə Bərdə şəhəri, Sənaye küçəsində yerləşən evin həyətində olan X5 məxsus dəyəri 30 manat olan 3 ədəd 10 litrlik alminum qazanı və 5 manat dəyərində 1 ədəd işlənmiş çuqun tavanı oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14.05.2022-ci il tarixdə Bərdə rayon Pambıq zavodun həyətində məskunlaşan X2 məxus cəmi dəyəri 80 manat olan 10 ədəd toyuqları oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-nə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-651/2022, 3(021)-652/2022 və 3(021)-653/2022 saylı inzibati işlər bir icraatda baxılsın. İşə 23 may 2022-ci il tarixdə saat 12:20-də Bərdə Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın. H a k i m Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-653/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-653/2022
23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver