Məhkəmə qərarları › İş №3(021)-653/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-653/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-653/2025 11.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Qarayev Vüsal Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, inzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, 10 avqust 1990-cı ildə Bərdə rayonu Xanərəb kəndində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bərdə rayonu Xanərəb kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bərdə Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(021)- 1720/2024 saylı icra sənədi üzrə Şəxs 1 uşaq üçün hər ay cəmi 150 manat, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(021)-90/2025 saylı qərarı üzrə isə hər ay 173,88 manat alimenti X2 ödəməli olduğu halda, aliment borcunu tam ödəməmiş, nəticədə 1300 manat məbləğində aliment borcu yaranmış, borclu icra sənədi üzrə tələbi təmin etməmiş və beləliklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(021)-1720/2024 saylı icra sənədinə əsasən Şəxs 1 uşaq üçün hər ay 150 manat, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(021)-90/2025 saylı qərarı ilə isə alimentin məbləği artırılaraq hər ay 173,88 manat alimenti X2 ödəməlidir. Şəxs icra sənədləri üzrə hazırkı vaxtadək 1300 manat aliment borcu var. Sonuncudan aliment borcunu ödəməməsinin səbəbini soruşarkən Şəxs xəstə olduğunu, bu səbəbdən də aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. Sonuncu borcunu ödəmədiyindən 11 sentyabr 2025-ci il tarixdə saat 1410-da Bərdə Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs əmlak vəziyyəti yoxlanılmış və üzərinə həbs qoyula biləcək əmlakı aşkar edilməmişdir. Sonuncu barəsində qanunauyğun qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, 1 uşağın saxlanılması üçün Qızxanım Bayramovaya aliment ödəməlidir. Əvvəllər aliment borcunu vaxtı-vaxtında ödəmişdir. 6 ay əvvəl ayağı qırılmış, Bakı şəhərində müalicə olunmuş, ancaq müalicə edilməsini təsdiq edən heç bir tibbi sənədi yoxdur. Həmin dövrdən xəstə olduğundan və heç bir yerdə işləmədiyindən aliment borcunu ödəyə bilməmişdir. Onun hazırda Qızxanım Bayramovaya 1300 manat məbləğində aliment borcu var. Usta işləyir, ona vaxt verilərsə oktyabr ayının sonunadək bütün aliment borcunu ödəyə bilər. Borcunu ödəmədiyindən 11 sentyabr 2025-ci il tarixdə saat 1410 radələrində icra məmuru tərəfindən Bərdə Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Barəsində inzibati qaydada tədbir görülərkən göstərdiklərinin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(021)-1720/2024 saylı icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs Firudin oğlundan hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, alimentin tutulmasının məhkəməyə ərizə ilə müraciət edilən xx.xx.2024-cü il tarixdən etibarən hesablanmağa başlanması qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 2(021)-90/2025 saylı qərardadından görünür ki, ərizəçi X1 ərizəsi təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1720/2024 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs Firudin oğlundan tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0.4347 misli həddində indeksasiya olunması, qərardadın icrasının Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli 201454/04 saylı, xx.xx.2024-cü il tarixli 201454/04 saylı, xx.xx.2025-ci il tarixli 201454/04 saylı, xx.xx.2025-ci il tarixli 201454/04 saylı və xx.xx.2025-ci il tarixli 201454/04 saylı xəbərdarlıqlardan görünür ki, Şəxs aliment borcunu ödəmədiyinə görə dəfələrlə ona xəbərdarlıqlar olunmuş, inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş çoxsaylı müraciətlərdən görünür ki, tələbkar X3 azyaşlı uşağının saxlanılması üçün alimentin borclu Şəxs tərəfindən ödənilmədiyi üçün qanunauyğun tədbirlərin görülməsi barədə müxtəlif instansiyalara müraciətlər etmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında 11 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Bərdə Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(021)-1720/2024 saylı icra vərəqəsinə əsasən Şəxs hər ay bir uşağın saxlanılması üçün 150 manat məbləğində aliment alınaraq tələbkar X2 ödənilməlidir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(021)-90/2025 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(021)-1720/2024 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs Firudin oğlundan tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0.4347 misli həddində indeksasiya olunmuşdur. Borclu aliment borcunu ödəməmiş, borcunu ödəməkdən yayınmış və bununla da, Şəxs icra məmurunun qanuni tələbinə qəsdən əməl etməmişdir. Nəticədə icra sənədləri uzun müddət ərzində icrasız qalmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs aliment borcunu ödəməsi təklif olunmuş, sonuncu aliment borcunu 2025-ci ilin oktyabr ayının axırında tam şəkildə ödəyəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, bütün bunlarla yanaşı icra sənədi üzrə ödənilməyən məbləğin 1300 manat olmaqla, kifayət qədər çox olmasını nəzərə alır. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 11 sentyabr 2025-ci ildə saat 1410da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 11 sentyabr 2025-ci il saat 1410-dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 11 sentyabr 2025-ci il saat 1410-dan hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar