Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-655/2022 07.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1973-cü ildə Bərdə şəhərində anadan olmuş, Bərdə rayonu, Yenidaşkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 342.9cu maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs oğlu İXM-in 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsində 19 aprel 2022-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, Şəxs 16 aprel 2022-ci il tarixdə saat 11:09 radələrində idarə etdiyi Mercedes Benz E 200D minik markalı, 90DN542 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və sayrışan işıq siqnalları ilə təchiz edərək Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Protokolu tərtib etmiş orqana və barəsində inzibati icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə protokolu tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İXP ******* saylı 19 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Həmçinin iş amteriallarına əlavə edilmiş Bərdə RPŞ-nin YPB-nin YPX-nin inspektoru polis serjantı X2 tərəfindən tərtib olunmuş 16.04.2022-ci il tarixli Aktdan görünür ki, 16 aprel 2022-ci il tarixdə saat 11:30 radələrində Bərdə rayon Çay sahlində yerləşən duracağın həyətində Mercedes markalı, 90DN542 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzəinə qoyulmuş çoxavazlı səs və sayrışan işıq sökülərək götürülmüşdür. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə hesаb edir ki, inzibаti xətа törətmiş şəxs Şəxs İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Azərbaycan Respublikası İXM-nin 342.9.-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə -inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs İXM-in 342.9-cu maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 26cı maddəsinə əsasən inzibati xətanın törədilməsində bilavasitə obyekti olmuş əşyalarxüsusi (çoxavazlı) səs və sayrışan işıq siqnalları müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.rlik edən:mzа vаr Əsli ilə düzdür Hаkim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-655/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-655/2022
07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver