Məhkəmə qərarları › İş №3(021)-660/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-660/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-660/2024 25.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X1 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, xx xxxxxxx 1970-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu Qarağacı kəndində yaşayan Şəxs barəsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 01 mart 2024-cü il tarixli, İXP-6069570 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 noyabr 2023-cü il tarixdə VAZ-21060 minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan EQ-18052140 nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilərək səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən 80 manat məbləğində cərimə olunmuş və cərimə olunması barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay ərzində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İXM-nin 61.3-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Protokol tərtib etmiş orqan Bərdə Rayon Polis Şöbəsinə işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə protokol tərtib etmiş orqan Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan: “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” 14 noyabr 2023-cü il tarixli EQ-18052140 saylı qərardan görünür ki, Şəxs barəsinə Azərbaycan Respublikasının 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. “Yol hərəkət qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibat xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” 01 mart 2024-cü il tarixli, İXP-6069570 saylı protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 14 noyabr 2023-cü ildə 80 manat məbləğində cərimə olunmuş və cərimə olunması barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay ərzində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etmədiyindən barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzdən görünür ki, Şəxs 14 noyabr 2023-cü il tarixli EQ-18052140 saylı qərar əsasında yazılmış cəriməni və ona hesablanmış dəbbə pulunu tam olaraq dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, protokol və protokola əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, Şəxs İXM-nin 529.3-cü maddəsinin qeyd hissəsinə əsasən cəriməni və dəbbə pulunu ödədiyindən inzibati məsuliyyətdən azad edilməlidir. İXM-nin 529.3-cü maddəsinin qeydində göstərilmişdir ki, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130 və 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərarverdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair iş üzrə cəriməni və dəbbə pulunu ödədiyindən inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar