Məhkəmə qərarları › İş №3(021)-662/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-662/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-662/2023 19.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, xx.xx.2001-ci ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayon Ərəblər kəndində qeydiyyatda olub yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 552-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyyat X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: 13 mart 2023-cü ildə saat 10:37 radələrində Bərdə rayonu H.əliyev prospektində reyd zamanı Şəxs idarə etdiyi Qazel markalı 09BL106 dövlət qeydiyyat nişanlı avtomobili ilə qeyri-qanuni fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyyat X2 İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyyat X2 İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki İnzibati işin materiallarda olan MN ******* saylı xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 13 mart 2023-cü ildə saat 10:37 radələrində Bərdə rayonu H.əliyev prospektində reyd zamanı Şəxs idarə etdiyi Qazel markalı 09BL106 dövlət qeydiyyat nişanlı avtomobili ilə qeyri-qanuni fəaliyyət göstərdiyi müəyyən edilmişdir. İnzibati işin materiallarda olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin kiçik inspektoru X1, X6 və X4 aktı tərtib etmişlər ki, 13 Mart 2023-cü il tarixdə Bərdə şəhərində reyd zamanı Qazel markalı ** BL *** d.q.n nəqliyyat vasitəsinin qanunsuz yükdaşıma fəaliyyəti göstərdiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 40 və həmçinin 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarlarının tələblərinə uyğunluğu yoxlanılmış, yoxlama zamanı sürücü Şəxs qanunsuz yəni (fərqlənmə nişanı) olmadan yükdaşıma fəaliyyəti göstərdiyi aşkar olunmuşdur. İXM-in 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə- əlli manat məbləğində cərimə edilir. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağirlaşdiran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Belə olan halda, Şəxs İXM-in 552-ci maddəsi ilə təqsirli bilinib, barəsində 50 (əlli) manat cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar