Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-668/2021 09.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs X1 iştirаkları ilə, xx.xx.1979-cu ildə, Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Əliyanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 3-cü Mədən küçəsi korpus 109-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci mаddəsi ilə inzibаti xətа haqqında Bərdə rayon İcra və probasiya Şöbəsində (Bundan sonra Bərdə RİPŞ) 13 mart 2021-ci il tarixdə, MN № ******* saylı protokol tərtib edilmişdir ondan ötəri ki, o, Bərdə Rayon Məhkəməsinin 2(021)-296/2017 saylı 13 fevral 2017-ci il, 2(021)-3459/2018 saylı 27 iyul 2018-ci il və 2(021)-2488/2020 25 noyabr 2018 saylı icra sənədləri üzrə icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini üzürlü səbəbdən icra etməmişdir və nəticədə 2155 manat ödənilməmiş pul borcu yaranmışdır. Bununlada İXM 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bərdə rayon Məhkəməsinin 3(021)-310/2021 nömrəli, 13 mart 2021-ci il tarixli qərarına əsasən Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-296/2017 saylı 13 fevral 2017-ci il, 2(021)-3459/2018 saylı 27 iyul 2018-ci il və 2(021)-2488/2020 25 noyabr 2018 saylı icra sənədləri üzrə icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymadığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri seçilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs narazı qaldığından Bərdə rayon Məhkəməsinin 3(021)-310/2021 nömrəli, 13 mart 2021-ci il tarixli qərarından apelyasiya şikayəti vermiş, iş baxılması üçün Gəncə apelyasiya məhkəməsinə göndərilmişdir. Gəncə apelyasiya məhkəməsinin 3(104)-140/2021 saylı, 12.04.2021-ci il tarixli qərardadı ilə Şəxs apelyasiya şikayəti qismən təmin edilərək Bərdə rayon Məhkəməsinin 3(021)-310/2021 nömrəli, 13 mart 2021-ci il tarixli qərarı ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün Bərdə rayon məhkəməsinə göndərilmişdir. İş üzrə inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahatında göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-296/2017 saylı 13 fevral 2017-ci il, 2(021)-3459/2018 saylı 27 iyul 2018-ci il və 2(021)-2488/2020 25 noyabr 2018 saylı icra sənədləri üzrə yaranan borc Şəxs tutularaq tələbkarlar X3 930 manat, "xxxx" MMC-yə 475 manat və X6 750 manat ödənilməlidir. Hal-hazıra olan borcu isə 2155 manat təşkil edir. Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, həmin borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəblər olmadan icra etməmişdir. Şəxs barəsində qanuni tənbehin seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə nümayəndəni dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işin hallarından görünür ki, Şəxs məhkəmə qərarının icrasının könüllü icrasına dair nə bildirişi, nə də xəbərdarlığı əldə etməsinə dair məlumat yoxdur. İş materiallarından Şəxs dəfələrlə xəbərdarlıq edilməsi, həmin xəbərdarlığı əldə etmiş borclunun, yani Ramilin borcu könüllü icra etməməsi barədə izahatı da mövcud deyil. İcra barədə xəbərdarlıq yalnız 05.02.2021-ci il tarixli olmaqla, 13 mart 2021-ci il tarixdə bu barədə borcludan izahat alınmışdır. Həmin izahatda isə Şəxs nə məhkəmə qərarı, nə də qərarın icrası barədə tələbi əldə etmədiyini bildirmişdir. Buna baxmayaraq Şəxs barəsində izahatın alındığı tarixdə, yəni 13 mart 2021-ci ildə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. 13 mart 2021-ci il tarixdə inzibati xəta haqqında materiala baxan birinci instansiya məhkəməsi Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. Göründüyü kimi Şəxs məhkəmə qərarının icrası barədədəfələrlə xəbərdar edilməsinədair sübut olmamaqla yanaşı, yalnız bir dəfə göndərilmiş, göndərilmiş xəbərdarlıq isə Şəxs yaşadığı ünvana deyil, qeydiyyatda olduğu ünvana göndərilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs tələbkarlara 2155 manat pul borclu olmasını mübahisələndirmir, lakin onun məhkəmə qərarının icrasının könüllü icrasına dair nə bildirişi, nə də xəbərdarlığı almamışdır. Belə olan halda, Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. Çünki, o, məhkəmənin qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirilməsi barədə nə məhkəmə bildirişini, nə də xəbərdarlığını almamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-296/2017 saylı 13 fevral 2017-ci il, 2(021)-3459/2018 saylı 27 iyul 2018-ci il və 2(021)-2488/2020 25 noyabr 2018 saylı icra sənədlərini üzrsüz səbəbdən icrа etməməsi və İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulаn inzibаti xətаnı törətməsinin sübutа yetməmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, ..... məlumatı olmadığından iş üzrə icraata xitam verilmədliri Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində İXM-in 528.1-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-668/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-668/2021
09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver