Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-668/2022 24.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon мəhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Kəlbəcər rayonu, Kilsəli kəndində аnаdаn оlmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Kəlbəcər rayonu, Kilsəli kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Kələntərli qəsəbəsində yaşayan Şəxs barəsində Bərdə Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundаn sоnrа İXM) 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol araşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon Məhkəməsinə Bərdə Rayon Polis Şöbəsindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında protokol daxil olmuşdur. Şəxs barəsində Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X5 tərəfindən 24 may 2022-ci il tarixli, MN №1415004 saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri A.Əhmədov küçəsində yerləşən İmamzadə ziyarətgahında quraşdırılmış nəzir qutusundan 60 manat məbləğində pul oğurlayaraq X3 ziyan vurmuşdur. Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X6 araşdırma zamanı izahat verərək göstərmişdir ki, 7 aydır ki, Bərdə şəhəri A.Əhmədov küçəsində yerləşən İmamzadə ziyarətgahında gözətçi işləyir. Gündəlik saat 08:00-da 20:00-dək İmamzadə ziyarətgahında olur və orada olan əşyalara nəzarət edir. xx.xx.2022-ci il tarixdə İmamzadə ziyarətgahına gəlmiş və orada olan nəzir qutusunun dəmir kilidinin sındırılaraq içərisində olan 50-60 manat miqdarında nəzirin oğurlandığını görmüşdür. Buna görə də aidiyyəti üzrə şikayət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri A.Əhmədov küçəsində yerləşən İmamzadə ziyarətgahından 50-60 manat miqdarında nəzir pulları oğurlamışdır. Məhkəmə tərəfləri dinləyib, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) Bərdə rayon X4 Təhlükəsizlik Bölməsinə geri qaytarılmalıdır. Belə ki, protokol tərtib edən orqan tərəfindən təqdim edilən material natamam formada toplanmış, protokol qanunvericiliyin tələbləri baxımından düzgün tərtib edilməmişdir. Ona görə ki, Bərdə şəhəri A.Əhmədov küçəsində yerləşən İmamzadə ziyarətgahından oğurluq olunması ilə əlaqədar, Qafqaz Müsəlmaları İdarəsinin Bərdə rayon Şöbəsi zərərçəkmiş şəxs qismində tanınmalı olduğu halda, ziyarətgahın gözətçisi X6 zərərçəkmiş şəxs kimi tanınmışdır ki, bu hal yolverilməzdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolonu tərtib etmiş orqana Bərdə rayon Polis X1ytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа Bərdə Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-668/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-668/2022
24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver