Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-668/2023 27.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X5 iclas katibliyi, protokolu tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin sahə rəisləri X1 və X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1990-ci il tarixdə ünvan 1 ünvaninda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227-ci mаddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə X4 məxsus 02 ədəd 40-50 manat dəyərində aliminium qazan oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bərdə rayon Qaradəmirçi kəndində yaşayan X3 məxsus 80 manat dəyərində su motorunu və hidrofonu oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-nə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-ci maddələrini rəhbər tutaraq, Q ə r a r v e r d i m: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-667/2023 və 3(021)-668/2023 saylı inzibati işlər bir icraatda baxılsın. İşə 27 mart 2023-ci il tarixdə saat 17:15-də Bərdə Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın. H a k i m: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-668/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-668/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver